Gürcüstanda nə baş verəcək?| Samtsxe-Cavaxeti diqqət mərkəzindədir

2020/08/01-78-1598695633.jpg
Oxunub: 9591     16:23     01 Sentyabr 2020    
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Gürcüstana qayıdacağını açıqlayıb. O, may ayında islahatlara məsul olan qurumun rəhbəri təyin olunduğu Ukraynaya təşəkkür edib. Saakaşvilinin öz statusundan imtina edib-etməyəcəyi məlum deyil.

Hər halda, onun seçkiqabağı dövrdə həm də Ukrayna rəsmisi olaraq Gürcüstana qayıtması qəribə olardı. Yoxsa bu hal diplomatik toxunulmazlığını təmin etməsi üçün bir fürsətdir?

Bununla əlaqədar vəziyyətə hələki aydınlıq gətirmək lazımdır. Gürcüstanda 31 oktyabrda növbəti parlament seçkiləri keçiriləcək, Saakaşvilinin partiyası, səs çoxluğu uğrunda mübarizə aparan “Gürcü Arzusu” blokunun əsas rəqibidir.

Saakaşvili həbs təhlükəsi ilə seçkiyə gedəcək, yoxsa sadəcə sözdə mənəvi əxlaqi açıqlama verir?

Hər halda, bu, çox məcburi bir bəyanat idi. Maraqlıdır ki, bu, ümumiyyətlə, Avrasiya, postsovet sistemində ikinci çöküş dalğasının sübutu olan Belarusda baş verən hadisələrin fonunda səslənir.

Saakaşvili cəhd edir, yoxsa bu dağılmanın ikinci dalğasında Gürcüstana “ikinci gəliş” ehtimalını görür?

Hər halda, onun açıqlaması geri qayıdacağı təqdirdə Rusiyanın Gürcüstan istiqamətində daha da fəallaşacağını göstərir. Rusiya rəhbəri Putinin sabiq prezident Saakaşviliyə qarşı olan münasibətinin əlavə şərhə ehtiyacı yoxdur. Bu o deməkdir ki, Saakaşvilinin qayıdışının elan edilməsi indiki şəraitdə Gürcüstan ətrafında kifayət qədər dramatik proseslərin inkişafı ehtimalını göstərir.

Bu, artıq Ermənistanın sərhədi, Ermənistanın quru yolu ilə həyati yol bağlantısı olan ərazidir. Bununla yanaşı, xüsusilə Saakaşvilinin prezident olduğu müddətdə birmənalı yanaşmalarla nəzərə çarpdığı Samtsxe-Cavaxeti məsələsi var.

Onun Türkiyə və Azərbaycanla sıx əməkdaşlığı da məlumdur. Bu reallıqların fonunda, son vaxtlar Samtsxe-Cavaxetidə ermənilərlə azərbaycanlılar arasında otlaqlar üstündə toqquşma da xeyli dərəcədə əlamətdardır.

Yerlilər deyirlər ki, bu mübahisə həmişə olub, amma bu ilk dəfə toqquşma səviyyəsinə çatıb. Nəzərə almaq lazımdır ki, Samtsxe-Cavaxeti həmişə Ermənistan tərəfindən Gürcüstana təsir etmək məqsədilə ağrılı nöqtələrdən biri olub və bu, Gürcüstanın sabitliyində maraqlı olmayan ölkələr tərəfindən də qızışdırıla bilər.

Aqil Məmmədov  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Gürcüstan   Ermənistan   Təxribat   Cavaxetiya  

Gürcüstanda nə baş verəcək?| Samtsxe-Cavaxeti diqqət mərkəzindədir

2020/08/01-78-1598695633.jpg
Oxunub: 9592     16:23     01 Sentyabr 2020    