Türkiyə Somaliyə 12 ədəd “Kirpi” zirehli maşınları hədiyyə edib

2020/08/Somal-1598682264.jpg
Oxunub: 2976     14:40     29 Avqust 2020    
Türkiyə Somali Milli Ordusuna 12 ədəd “Kirpi” zirehli maşınları hədiyyə edib.

Ordu.az xəbər verir ki, zirehli maşınlar artıq Somali ordusuna təhvil verilib.

Zirehli maşınlar dəniz yolu vasitəsilə Somaliyə aparılıb və orada Somali ordusuna təqdim olunub.

Məlumata görə, “Kirpi” Somali Ordusunun arsenlına daxil olan ilk tam zirehli vasitədir.

Qeyd edək ki, zirehli maşınlar Türkiyənin BMC şirkəti tərəfindən istehsal edilib. Məlumata görə, şirkət indiyə kimi sifarişçilərə 2000-ə yaxın “Kirpi” və “Kirpi-II” zirehli maşınları təhvil verib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Somali  


Türkiyə Somaliyə 12 ədəd “Kirpi” zirehli maşınları hədiyyə edib

2020/08/Somal-1598682264.jpg
Oxunub: 2977     14:40     29 Avqust 2020    
Türkiyə Somali Milli Ordusuna 12 ədəd “Kirpi” zirehli maşınları hədiyyə edib.

Ordu.az xəbər verir ki, zirehli maşınlar artıq Somali ordusuna təhvil verilib.

Zirehli maşınlar dəniz yolu vasitəsilə Somaliyə aparılıb və orada Somali ordusuna təqdim olunub.

Məlumata görə, “Kirpi” Somali Ordusunun arsenlına daxil olan ilk tam zirehli vasitədir.

Qeyd edək ki, zirehli maşınlar Türkiyənin BMC şirkəti tərəfindən istehsal edilib. Məlumata görə, şirkət indiyə kimi sifarişçilərə 2000-ə yaxın “Kirpi” və “Kirpi-II” zirehli maşınları təhvil verib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Somali  


Bizi "telegram"da izləyin