Xəzəryanı ölkələrin PUA parkında Türkmənistanın yeri - ARAŞDIRMA (HƏRBİ EKSPERT)

2020/09/itali-3199471758.jpg
Oxunub: 3716     14:23     10 Sentyabr 2020    
Ordu.az redaksiyası bu dəfə də oxucularını pilotsuz uçan aparatlar mövzusunda məlumatlandırmağa davam edəcək. Region ölkələrinin real PUA potensialının qiymətləndirilməsində növbəti Xəzəryanı ölkə Türkmənistandır. Türkmənistan Silahlı Qüvvələri qapalı qurum olduğu üçün onun silah və sursat təchizatı barədə məlumatlar məhdudur. Mövcud satınalmalar barədə məlumatlar adətən hərbi paradlarda təsdiqini tapır. Açıq mənbələrdə Türkmənistanın PUA potensialı barədə bəzi məlumatlara rast gəlinir. Yerli birgə istehsal sahəsi üzrə yalnız Belarusla əməkdaşlıq edir.

Uzun müddət Rusiya təsiri altında qalan Türkmənistanda da Qazaxıstan kimi Silahlı Qüvvələrinin modernləşdirilməsinə 2010-cu ildən başlandı. Türkmənistan hazırda silah idxalında əsasən Türkiyə, Çin, Belarus, İtaliya və Rusiya ilə əməkdaşlıq edir.

Türkmənistan neytral dövlət olsa da, güc strukturlarının PUA ilə bərabər digər silah və avadanlıqlarla təchizatına diqqət yetirmək məcburiyyətindədir. Böyük mineral ehtiyatlara, xüsusən təbii qaz həcminə görə dünya dördüncüsü olan Türkmənistanın Qərbdən Xəzər dənizi, cənubdan İran və problemli Əfqanıstan dövləti ilə həmsərhəddir. Bu sərhəd istiqamətində keçilməz dağlıq ərazilərin mövcudluğu Aşqabadın PUA tətbiqinə xüsusi əhəmiyyət verməsinə səbəb olub.

Türkmənistan tərəfindən istifadə edilən PUA-ların çeşidi və sayı kifayət qədər məhduddur. Onların arasında əsasən Çinin WJ-6000 və CH-3, İsrailin "Orbiter-2" və "Orbiter-3B", Belarusun "Busel-M", İtaliyanın "Selex ES Falco" və Rusiyanın ZALA 421-04M PUA-larına rast gəlinir.

Bu yazıda Ordu.az Sizi Türkmənistan Silahlı Qüvvələrinin silahlanmasında həm mövcud olan PUA-lar, həm də bu sahədə Aşqabadın digər ölkələrlə əməkdaşılığı və bu əməkdaşlığın nəticələri barədə məlumatlarla tanış edəcək.

WJ-600A/D

Türkmənistanın malik olduğu ən üstün xüsusiyyətlərə malik PUA Çinin "China Aerospace Science & Industry Corporation" (Çin Aerokosmik Elm və Sənaye Korporasiyası) tərəfindən 2010-cu ildə hazırlanan WJ-600A/D pilotsuz vasitəsidir.

Türkmənistan ilk dəfə yüksək sürətli WJ-600A/D PUA-larını Sovet İttifaqından müstəqilliyin əldə eilməsinin 25-ci ildönümünə həsr edilən hərbi paradda nümayiş etdirdi.

2000-ci illərin ikinci yarısında tərtib edilməyə başlanan yeni pilotsuz vasitə yalnız hərbi məqsədlərlə istifadə üçün nəzərdə tutulur. Olduqca geniş imkanlara malik zərbə PUA-sı hazırda aktiv olaraq digər ölkələrə ixrac olunur.

Təyyarə formasında hazırlanan PUA-lar kəşfiyyat və yer hədəflərinə zərbə məqsədilə (A/D "attack/drone" (hücum/dron) mənasını verir) istifadə edilə bilər. WJ-600 platformasının kəşfiyyat imkanları HW-610 PUA-sının zərbə imkanlarını özündə birləşdirir.

WJ-600A aparatı kəşfiyyat, müşahidə və patrul uçuşları, ərazinin aerofotoqrafiyası və s. kimi vəzifələri yerinə yetirmək üçün avadanlıqlara malikdir. Bu günə qədər kütləvi istehsalına davam edən WJ-600A pilotsuz uçuş aparatı nisbətən ucuz qiymətinə görə beynəlxalq bazarda ciddi rəqabət qabiliyyəti əldə edib. Bu PUA-lar təyyarə konfiqurasiyasında hazırlanır, pilotsuz aparatın özünün şassisi yoxdur. Buna görə vasitə xüsusi platforma üzərində nəql edilir və bu, onun istismarını bir qədər çətinləşdirir. WJ-600A PUA-sının güc qurğusu onun maksimum uçuş sürətini 720 km/saata qədər sürətləndirməyə qadirdir və min kilometrə qədər məsafədə uçuşunu təmin edən bir ədəd reaktiv mühərrikdən ibarətdir. Hər bir qanad xarici yük asqı qurğusu ilə təchiz olunur, onlara idarə olunan və özü tuşlanan tank əleyhinə raketlər, bombalar və s. quraşdırıla bilər. Pilotsuz vasitənin maksimal uçuş hündürlüyü 7100 metrdir.

PUA-nın fərdi modulları hava müşahidəsini həyata keçirməyə, hava hədəfini təqlid etməyə, radioelektron mübarizə avadanlıqlarından istifadə edərək düşmənə hücum etməyə və hətta rabitə platforması rolunu oynaya bilər.

Taktiki-Texniki Xüsusiyyətləri

Kreyser sürəti: 650 km/saat;
Maksimum uçuş sürəti: 720 km/saat;
Maksimum uçuş məsafəsi: 1000 km;
Maksimum uçuş hündürlüyü: 7100 m;
Faydalı yükün kütləsi: 600 kq;
Təyyarə mühərrikinin növü: reaktiv;
PUA-nın ölçüləri, güc qurğusunun markası və göstəriciləri məlum deyil.

CH-3A

Türkmənistanın silahlanmasında mövcud olan PUA-lardan biri də CH-3A aparatıdır. Çinin çoxməqsədli pilotsuz uçuş aparatı CH-3A kəşfiyyat, müşahidə və patrul əməliyyatları ilə əlaqəli vəzifələri yerinə yetirmək üçün hazırlanıb. Ehtiyac yaranarsa, pilotsuz uçuş aparatının müstəqil döyüş vahidi kimi zərbə imkanlarından istifadə edilə bilər. Bu məqsədlə PUA yerüstü hədəflərə qarşı mübarizə aparmaq üçün raketlərlə silahlanır.

Çinin "China Aerospace Science and Technology Corporation" (Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası) şirkətinin məhsulu olan və "Göy qurşağı" ailəsinə daxil olan təyyarə tipli PUA 7.62 m qanad uzunluğuna malikdir. Onu korpusun arxasında yerləşən üçbıçaqlı pərə malik mühərrik hərəkətə gətirir. Uçuş sürəti - saatda 220 km-ə qədərdir.

CH-3A modelinin pilotsuz uçuş aparatları olduqca təsiredici ölçülərə malikdir. Onun qanad açılımı 8 metr, uzunluğu isə 6.2 metrdir, bu dronun idarə olunması üçün xüsusi uçuş zolağını tələb edir. CH-3A pilotsuz təyyarəsinin güc qurğusuna PUA-nın 180 km/saat kreyser sürəti ilə uçmasına imkan verən bir ədəd porşenli mühərrik daxildir. Onun maksimum fəaliyyət məsafəsi 200 kilometr, avtonom çalışma müddəti isə 6 saatdır.

Taktiki-Texniki Xüsusiyyətləri

Uzunluğu: 6.2 m;
Qanad açılımı: 8 m;
Hündürlüyü: 1.5 m;
Maksimum uçuş kütləsi: 640 kq;
Kreyser sürəti: 180 km/saat;
Maksimum uçuş sürəti: 220 km/saat;
Maksimum uçuş məsafəsi: 200 km;
Maksimum uçuş hündürlüyü: 5000 m;
Təyyarə mühərrikinin növü: porşenli;
Güc qurğusunun markası və onun göstəriciləri məlum deyil.

"Orbiter-2"

Az sayda mənbələr Türkmənistan Silahlı Qüvvələrinin silahlanmasında İsrailin "Aeronautics Group" şirkətinin hazırladığı və istehsal etdiyi "Orbiter-2" mini PUA-sına malik olduğu barədə məlumat verir. Bu PUA-lar tammiqyaslı aşağı intensivlikli müharibə, şəhər şəraitində qarşıdurmalar zamanı döyüş tapşırıqlarının yerinə yetirilməsini və dəstəklənməsini həyata keçirə bilir. Bəzən PUA-nın adında rast gəldiyimiz "M" və "K" hərfləri modernizə və ya kombinə edilən variantlar mənasını daşıyır. Bu hərflərin korpusun və mühərriklərə aidiyyatı olmur, adətən real vəzifələrə uyğun daşınan faydalı yükün tərkibində dəyişiklik edilir.
"Orbiter-2" mini PUA-ları həmçinin dəniz və quru sərhədlərinin qorunması vəzifələrinin də yerinə yetirilməsində istifadə olunur. Bu sistemlər lisenziya sahibi olan şirkət tərəfindən hazırlanan çoxsaylı hava aparatlarının proqram təminatına uyğun istismar edilir. PUA-nın proqram təminatı onun müxtəlif platformalı vasitələrdə tətbiqini nəzərdə tutur. PUA NATO-nun STANAG 4609 standartlarına uyğundur.

"Orbiter-2" mini PUA-larının kütləsi 9.5 kq, uzunluğu 1 metr, qanad açılımı isə 3 metrdir. Rəqəmsal idarəetmə sisteminə malik PUA-nın havada fəaliyyət müddəti 4 saat, yükgötürmə qabiliyyəti 1.5 kq, fəaliyyət radiusu isə 100 km-ə qədərdir. PUA 5500 metr yüksəkliyə qalxa bilir. Onun maksimum sürəti 130 km/saatdır. PUA cəmi 7 dəqiqə ərzində döyüşə hazır vəziyyətə gətirilə bilir.

"Orbiter-2" mini PUA-ları rahatlıqla sökülərək daşına bilir. Onun pnevmatik atıcı qurğusu yük və ya pikap tipli maşınlarda quraşdırılır. Səssiz elektrik mühərrikinə malik PUA gündüz/gecə rejimi üçün fərqli faydalı yük daşıya bilir.

Təkrar istifadə edilən PUA sadə konstruksiyaya, pnevmatik katapulta, təhlükəsizlik yastığına və bərpa olunan paraşütə malikdir. "Orbiter-2" PUA-ları dəniz əməliyyatlarında istifadə edilə bilər. Avtonom vəzifələri yerinə yetirərkən GPS ilə və ya onsuz dəqiq naviqasiyaya əsaslanan PUA hərəkət edən vasitələrə və digər hədəflərə kilidlənmə funksiyasına malikdir.

"Orbiter-2" pilotsuz uçan aparatları üçün tövsiyə olunan daşınan faydalı yükün tərkibi aşağıdakılardan ibarət ola bilər:

D-STAMP: gündüz (CCD) rejimli elektro-optik kamera;
UZ-STAMP: termal (soyudulmayan FLIR) sabit kamera;
M-STAMP: ikiqat gündüz (CCD) və termal (soyudulmayan FLIR) sabit elektro-optik kamera;
HD-Lite: fotoqrametrik xəritəçəkmə və 3D modelləşdirmə modulu.

1.2 kq kütləyə malik çoxsensorlu M-STAMP termal kameraları PUA-ya geniş müşahidə imkanları ilə bərabər avtomatik olaraq hədəfə kilidlənmək, konkret koordinatı və ya nöqtəni izləmək, daramaq və ya mozaika rejimində rəngli video əldə etmək imkanı verir.

GPS və datalink olmadan vəzifərini yerinə yetirməsi, hərəkət edən nəqliyyat vasitələrinin nəzarət və izlənilməsi, uçuş zonasından yayınmanı tanıması, A2AD mühitində çalışa bilməsi, bu PUA-ların daşıya biləcəyi faydalı yüklərin və daxili sistemlərin üstün cəhətlərindəndir.

Taktiki-Texniki Xüsusiyyətləri

Kütləsi: 9.5 kq;
Faydalı yükün kütləsi: 1.5 kq;
Qanad açılımı: 3 m;
Fəaliyyət məsafəsi: 100 km;
Havada qalma müddəti: 4 saat;
Maksimum uçuş yüksəkliyi: 5500 m;
Döyüş vəziyyətinə gətirilmə müddəti: 7 dəqiqə.

"Orbiter-3B"

Türkmənistan Silahlı Qüvvələrinin siıanlanmasında mövcud olan digər PUA İsrailin "Aeronautics Group" şirkətinin hazırladığı və istehsal etdiyi "Orbiter-3B" PUA-larıdır. Bu ailənin müxtəlif versiyalarının Azərbaycanda istehsal edilməsi, təchizatın hansı ölkədən həyata keçirildiyini müəyyənləşdirməyə imkan vermir.

Əsas təyinatı daha uzun müddətdə kəşfiyyat, aşkaretmə, müşahidə aparmaq, lazerlə hədəf göstərmək və qoşunlara taktiki dəstək verməkdən ibarətdir. Özündə qabaqcıl əməliyyat prosesini və maddi-texniki təminat tədbirlərinin kəskin şəkildə azalmasını müvəffəqiyyətlə birləşdirə bilən "Orbiter-3B" aparatları "Orbiter-2" PUA-sından fərqli olaraq lazerlə hədəf göstərməklə bərabər, həm ondan iki dəfə böyükdür, həm iki dəfə üzün müddət havada qala bilir, həm də daha üst taktiki eşalonların maraqlarında fəaliyyət göstərir. "Orbiter-3B" PUA-sının fəaliyyət məsafəsi də 1.5 dəfə daha böyükdür. 2014-cü ildən "Orbiter-3B" kimi istehsal edilən PUA-lar 7 saat ərzində 5800 metr yüksəklikdə 150 km radiusda fəaliyyət göstərə bilir və sələflərindən fərqli olaraq rəqəmsal katalitik konvektor ilə təchiz olunur. 20 kq çəkisi olan bu aparatlar 5 kq-a qədər faydalı yük, o cümlədən lazer hədəf göstərən sabit çoxsensorlu elektro-optik cihazları daşımaq qabiliyyətindədir.

Əvvəlki modellərdən daha böyük ölçüləri və geniş imkanları ilə fərqlənir. Daşınan faydalı yüklər arasında görüntü kameraları ilə lazer hədəf göstəricisi yer alır. Bu, "Orbiter-3B" PUA-larının əvvəlki versiyalardan fərqləndirən ən əsas üstünlüyü hesab olunur. Sistem sənaye standartlarına, o cümlədən video axını üçün H.246, idarəetmə üçün isə NATO-nun STANAG 4586 standartlarına tam uyğun gəlir.

Səssiz elektrik mühhərikinə malik PUA rahatlıqla sökülür və daşına bilir. Maşınlara quraşdırılılması da mümkündür. Faydalı yüklər gündüz və gecə, istənilən hava şəraitində effektivdir. Avtomatik havaya buraxılan PUA təkrar istifadəyə yararlıdır. Hərəkət edən nəqliyyat vasitələrinə və digər hədəflərə kilidlənərək onları nəzarətdə saxlayan "Orbiter-3B" PUA-ları pnevmatik katapulta, təhlükəsizlik yastığına və bərpa olunan paraşütə malikdir. 7 dəqiqə ərzində döyüşə hazır vəziyyətə gətirilən aparat avtonom vəzifələri yerinə yetirərkən GPS ilə və ya onsuz dəqiq naviqasiya fəaliyyətini həyata keçirə bilir. Gəmilərin göyərtə sistemlərinə inteqrasiya imkanı və dəniz əməliyyatlarında effektiv istifadəsi bu PUA-ları Türkmənistan üçün də aktual vasitəyə çevirir.

Taktiki-Texniki Xüsusiyyətləri

Kütləsi: 20 kq;
Faydalı yükün kütləsi: 5 kq;
Fəaliyyət məsafəsi: 150 km;
Havada qalma müddəti: 7 saat;
Maksimum uçuş yüksəkliyi: 5800m;

"Selex ES Falco"

Türkmənistanın silahlanmasında mövcud olan digər bir vasitə İtaliyanın "Leonardo" (əvvəlki "Finmeccanica") şirkətinin "Selex ES Falco" PUA-larıdır. İlk dəfə 2003-cü ildə satışa çıxarılan bu PUA modeli yalnız xarici bazar üçün hazırlanıb. Vasitənin əsas alıcısı olan Pakistan 2006-cı ildə 25 ədəd "Falco" pilotsuz aparatı sifariş verərək yerli "Pakistan Aeronautical Complex" tərəfindən istehsal edilməsi üçün lisenziya da əldə edib. Kütləsi 490 kq olan PUA-dan Türkmənistana yalnız 3 ədəd ixrac edilib.

"Falco" PUA-sının ilk uçuşu 2003-cü ilin dekabrında baş tutub. "Galileo Avionica" şirkəti 2004-cü ilin oktyabr ayının sonunda platforma hazırlığını başa çatdırıb. Uçuşu idarəetmə sistemlərinin yoxlanılması 2004-cü ilin sentyabrında yekunlaşıb. Gəmi sistemlərinin sınaqları isə 2005-ci ilin əvvəlində başlayıb, 2005-ci ilin iyulunda isə planlaşdırılan elektro-optik sensor dəstinin inteqrasiyasına başlanılıb. 2007-ci ilin yanvar ayında "Galileo Avionica" ilk istehsal edilən "Falco" PUA-sının prototipini sifarişçiyə təqdim etməyə hazır oldu. Bu sifarişçinin Pakistan olduğu ehtimal edilir.

"Falco" standart istehsal versiyasında 80 at gücünə (60 kVt) malik güc qurğusundan istifadə edirdi. 2009-cu ildə bazara "Falco Evo" adlı yeni versiya hazırlanıb.

"Falco" kompleksi aşağıdakı hissələrdən ibarətdir:

Yerüstü İdarəetmə Stansiyası (GCS);
Yerüstü Məlumat Terminalı (GDT);
Yerüstü Dəstək Avadanlığı (GSE);
4 ədəd "Falco" və onun tərəfindən daşınan faydalı yüklər.

"Selex ES" PUA-sı EOST 46 markalı elektro-optik/infraqırmızı kameraya, "Gabbiano 20" çoxrejimli RLS-ə malikdir. "Falco" PUA-ları "PicoSAR" adlanan yüksək qətnaməli sintetik aperturalı radar (SAR) ilə də təchiz edilir.

"Selex ES" PUA-ları hazırda Türkmənistandan başqa Pakistan, Liviya və BMT tərəfindən istismar edilir. "Selex ES Falco" PUA-ları Birləşmiş Millətlər Təşkilatı tərəfindən Konqo Demokratik Respublikasında bölgədəki silahlı qrupların hərəkətlərini izləmək və mülki əhalini daha təsirli şəkildə qorumaq üçün də istifadə edilir. 2013-cü ilin sentyabr ayında "Selex ES Falco" PUA-sı 40 milyon avro (52 milyon ABŞ dolları) dəyərində bir razılaşma ilə adı açıqlanmayan Orta Şərq ölkəsinə də satılıb. Bu PUA-nın İordaniya və Səudiyyə Ərəbistanı tərəfindən istifadəsi də ehtimal edilir. Türkmənistan isə 2011-ci ildə 3 ədəd "Falco" PUA-sını 8.7 milyon avro qarşılığında əldə edib.

Taktiki-Texniki Xüsusiyyətləri

Uzunluğu: 5.2 m;
Hündürlüyü: 1.8 m,
Qanad açılımı: 7.3 m;
Maksimum üçüş sürəti: 216 km/saat;
Maksimum üçüş hündürlüyü 5000 m;
Havada qalma müddəti: 14 saata qədər.

"Busel"

Türkmənistanda Belarusun "BAK və Texnologiyalar" Elmi İstehsalat Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanan"Busel-M" dronlarının yığılması da həyata keçirilir. İlk dəfə Türkmənistan tərəfindən "Busel-M" tipli pilotsuz kəşfiyyat və müşahidə kompleksinin alınması A. Lukaşenkonun 10-12 dekabr 2015-ci ildə Türkmənistana səfəri zamanı, bu ölkədə 50 km tətbiq məsafəsinə malik Belarus PUA-larının yığılması elan olunduqda məlum oldu.

"Busel" seriyasının PUA-ları 12 kq-a qədər olan yüngül aparatlardır, onlar yaxın zonada kəşfiyyat, müşahidə və monitorinq üçün nəzərdə tutulur. "Busel" seriyasına "Busel" və "Busel M" PUA-ları daxildir. Bu PUA-larla hər iki kompleks əvvəllər dövlət sınaqlarının mərhələlərini keçib. Komplekslərin alıcıları arasında həm Belarus strukturları, həm də xarici sifarişçilər yer alır.

"Busel" və "Busel M" PUA-ları qanadında iki elektrik mühərriki olan, əkiz mühərrikli təyyarəyə oxşar aerodinamik dizayna malikdir. "Busel" və "Busel M" PUA-larının uçuş müddəti müvafiq olaraq 6 kq və 10 kq-a qədərdir, uçuş müddəti isə müvafiq olaraq 50 dəqiqə və 90 dəqiqə təşkil edir. Faydalı yükə tele və ya foto kameraları olan bir girosabit platforma və ya infraqırmızı kamera daxildir.

Taktiki-Texniki Xüsusiyyətləri ("Busel"/"Busel M")

Kütləsi: 6 kq/10 kq;
Uçuş müddəti 60 dəq/90 dəq;
Uçuş məsafəsi 50 km;
Detallı kəşfiyyat radiusu 10 km/15 km;
Güc qurğusunun markası və ölçü göstəriciləri məlum deyil.

ZALA 421-04M

Türkmənistan Daxili İşlər Nazirliyi isə 2009-cu ildə Rusiyanın "Pilotsuz Sistemlər" şirkətindən naməlum sayda ZALA 421-04M (421-12) pilotsuz uçuş aparatları kompleksi əldə etmək üçün müqavilə bağlayıb. Müqavilənin şərtlərinə görə, üç ay ərzində Türkmənistan polisi əvəzedilən faydalı yük daşıya bilən bir neçə pilotsuz uçuş aparatı əldə etməli idi. Rəngli foto, video və termal kamera ilə təchiz olunan PUA elektrik mühərriki sayəsində daha aşağı səs-küy səviyyəsinə malikdir. PUA elastik və ya pnevmatik katapultdan istifadə edilərək buraxılır və xüsusi təchizatlı uçuş-enmə zolağı tələb etmir. Yerüstü idarəetmə stansiyası müasir qəbuledici və ötürücü anten ilə təchiz edilir.

ZALA 421-04M PUA-sı xüsusi "polis" modifikasiyasıdır. Pilotsuz vasitələrdən gizli müşahidə və antiterror əməliyyatları zamanı gündüz və gecə istifadə edilə bilər. Yerüstü idarəetmə stansiyası mövcud məlumat ötürmə şəbəkəsinə birləşdirilərək video məlumatları real vaxt rejimində yaymaq üçün tətbiq edilə bilər. Bu PUA-ların son versiyaları uçuş müddətini iki saata, daşıdığı faydalı yükün kütləsini 1 kiloqrama qədər artıra bilib.

Uçuş müddəti: 1.5 saat;
Qanad açılımı: 1.6 m;
Maksimal uçuş hündürlüyü: 3600 m;
Mühərrikin növü: elektrikli;
Maksimum sürəti: 100 km/saat;
Kreyser sürəti: 65 km/saat;
Maksimum uçuş kütləsi 5.5 kq;
Faydalı yük kütləsi: 1 kq-a qədər;
İdarəetmə: GPS/QLONASS və radio məsafə ölçəni;
Video/radio kanal məsafəsi: 15 km/25 km;
Fəaliyyət temperaturu: 30 ° C ... + 40 ° C.
Güc qurğusunun markası məlum deyil.

Nəticə

Türkmənistan həm sərhədlərinin təhlükəsizliyi, həm daxili təhlükəsiziliyin, həm də neft qaz infrastukturunun etibarlı mühafizəsi məqsədilə artıq pilotsuz vasitələrin tətbiqinə üstünlük verir. 2015-ci ildən Türkmənistan Daxili İşlər Nazirliyinin nəzdində PUA Mərkəzi fəaliyyət göstərir. Bu Mərkəzin açılışında Türkmənistan Prezidentinə ölkədə istehsal olunan ilk pilotsuz uçuş aparatının sınaqları nümayiş etdirilib. Markası məlum olmayan PUA-nın Belarus ilə birgə istehsal edilən "Busel-M" PUA-sının ola biləcəyi ehtimal edilir. Belə bir PUA Mərkəzinin Müdafiə Nazirliyinin tabeliyində də fəaliyyət göstərməsi istisna deyil.

Türkmənistan PUA sahəsində Çin, İsrail, Belarus, İtaliya və Rusiya ilə əməkdaşlıq edir. Bolqarıstan, Çexiya, Slovakiya və Rumıniya ilə də hərbi texniki əlaqələr mövcuddur. Birgə PUA istehsal sahəsi isə yalnız Belarus ilə təşkil edilib. Yerli istehsal PUA-lardan nə qədər əldə olunduğu dəqiq məlum deyil, lakin digər PUA-ların hər birindən çox az miqdarda alınıb. İsrail PUA-sından cəmi 1 ədəd, İtaliya PUA-sından isə 3 ədəd əldə edilib. Türkmənistan PUA-ları əldə etdiyi İtaliyanın "Leonardo" şirkətindən 6 ədəd M-346 təlim-döyüş təyyarəsi və 8 ədəd AW139 çoxməqsədli helikopterləri də alıb.

SIPRI-nin məlumatına görə, Aşqabad son illərdə daha çox Türkiyə və Çin silahları idxal edib. Türkmənistana gətirilən silahlarının 36%-i Türkiyədən, 27%-i isə Çindən tədarük edilib. Digər tərəfdən isə Türkmənistan Çinin ən etibarlı qaz tədarükçülərindən biridir. Lakin Aşqabad özü də silah idxalı üzrə heç də sonuncu ölkələrdən deyil. Keçən ilin məlumatlarına görə, Türkmənistan silah tədarükü üzrə dünya sıralamasında 40-cı yerdə qərarlaşır. Belə olan halda Türkmənistanın Çin və Türkiyə ilə PUA sahəsində əməkdaşlığının mətbuata görünməyən tərəfləri də mövcud ola bilər. İstənilən halda Türkmənistanın Əfqanıstanla gərgin sərhədə malik olmasına baxmayaraq, PUA sahəsində qismən səbrli və təmkinli davranışı diqqəti çəkir. Bu isə daha çox rəsmi Aşqabadın BMT tərəfindən tanınan bitərəf statusu ilə əlaqələndirilə bilər.

Mənbələr

https://avia.pro/blog/ch-3a-tehnicheskie-harakteristiki-foto
http://robotrends.ru/robopedia/bespilotniki-kitaya
http://nevskii-bastion.ru/falco-italy/
https://en.wikipedia.org/wiki/Selex_ES_Falco
https://lenta.ru/news/2009/01/19/rusdrons/
https://www.aviaport.ru/news/2009/01/30/165854.html
imp-navigator.livejournal.com
military-informant.com
infoabad.com
Ordu.az
robotrends.ru
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkmənistan   PUA  

Xəzəryanı ölkələrin PUA parkında Türkmənistanın yeri - ARAŞDIRMA (HƏRBİ EKSPERT)

2020/09/itali-3199471758.jpg
Oxunub: 3717     14:23     10 Sentyabr 2020    