Xəzəryanı ölkələrin PUA parkında Qazaxıstanın yeri - ARAŞDIRMA (HƏRBİ EKSPERT)

2020/09/222-1599541212.jpg
Oxunub: 4591     14:39     08 Sentyabr 2020    
Ordu.az redaksiyası bu dəfə də oxucularını müasir hərbi əməliyyatların həyata keçirilməsində artıq müstəsna rol oynayan Pilotsuz Uçuş Aaratları mövzusunda məlumatlandırmağa davam edəcək. Region ölkələrinin real PUA potensialının qiymətləndirilməsində növbəti ölkə Xəzəryanı ölkə - Qazaxıstan olacaq.

Açıq mənbələrdə Qazaxıstanın PUA potensialı barədə müəyyən məlumatlara rast gəlinir, lakin bunların əksəriyyəti mülki təyinatlı, ən yaxşı halda ikili təyinatlı məhsullara aid olur. Məsələn, Qazaxıstanda zərbə tipli pilotsuz vasitələrin hazırlanması və istehsalı haqqında məlumatlara rast gəlinmir. Zərbə PUA-larının adı, təsnifatı, quruluşu və imkanları barədə demək olar ki, heç nə məlum deyil. Qazaxıstanın hərbi konstruktorlarının və özəl şirkətlərinin PUA yaradılması üzərində işləməyə başladığı tarix 2010-cu ildən sonraya, təxminən 2014-cü ilə təsadüf edir. İlk vasitələrin görünməsi isə 2016-cı ilə baş verib. Bu yazıda Qazaxıstan Silahlı Qüvvələrinin silahlanmasında həm mövcud olan PUA-lar barədə, həm də bu sahədə digər ölkələrlə əməkdaşılıq və onun nəticələri barədə əldə etdiyimiz məlumatları Sizinlə bölüşəcəyik.

"Sunkar-1"

"Sunkar-1"Qazaxıstanın "Yak Alakon" şirkəti tərəfindən hazırlanan pilotsuz uçuş aparatıdır. "Sunkar-1" tipli pilotsuz uçuş aparatı çoxfunksiyalı universal pilotsuz uçuş aparatları sinfinə aiddir. Bu pilotsuz aparatın köməyi ilə tədqiqat obyektləri haqqında məlumat toplamaq, ərazini izləmək, ərazinin aerofoto çəkilişlərini aparmaq, patrul və müşahidə uçuşları keçirmək, axtarış və xüsusi əməliyyatlar təşkil etmək mümkündür. Bir sözlə, "Sunkar" məlumat toplamaqla ərazinin kəşfiyyatını həyata keçirmək üçün nəzərdə tutulur.

Əslində, bu PUA modeli həm mülki, həm də hərbi sahədə istifadə edilə bilər. PUA bu gün olduqca yüksək uçuş xüsusiyyətləri ilə çox perspektivlidir, buna onun nisbətən aşağı qiyməti də şərait yaradır.

Qazaxıstanın azsaylı pilotsuz uçuş aparatlarından biri olan "Sunkar-1" olduqca yığcam dizayna malikdir - 1 metr 47 santimetr qanad açılımına malik bu qurğunun uzunluğu cəmi 45 santimetr, kütləsi isə faydalı yük istisna olmaqla 2.7 kiloqramdır.

"Sunkar-1" tipli pilotsuz uçuş aparatının işə salınması həm əzələ gücü, həm də xüsusi bir katapultun köməyi ilə həyata keçirilə bilər. Bu isə pilotsuz uçuş aparatının həm stasionar, həm də hər hansı bir ərazidə işləməsini mümkün edir.

"Sunkar-1" pilotsuz uçuş aparatının güc qurğusu bir ədəd elektrik mühərriki ilə təmsil olunur, bu isə müəyyən dərəcədə avtonom istismar müddətini məhdudlaşdırır, lakin PUA-nın maksimal uçuş sürəti 105 km/saatdır və bu, çox effektiv göstəricidir.

Taktiki-Texniki Xüsusiyyətləri

Uzunluğu: 0.45 m;
Qanad açılımı: 1.47 m;
Hündürlüyü: 0.3 m;
Maksimum uçuş kütləsi: 3 kq;
Kreyser sürəti: 65 km/saat;
Maksimum uçuş sürəti: 105 km/saat;
Maksimum uçuş məsafəsi: 20 km;
Maksimum uçuş hündürlüyü: 3000 m;
Mühərrikinin növü: elektrikli;
Mühərikin markası və onun gücü məlum deyil.

"Sunkar-2"

"Sunkar-2" Qazaxıstanın "Yak Alakon" şirkəti tərəfindən hazırlanan pilotsuz uçuş aparatıdır. "Sunkar-2" pilotsuz uçuş aparatının dizaynı Qazaxıstandan olan mühəndislər tərəfindən daha əvvəl ortaya çıxan "Sunkar-1" PUA-sının modeli əsasında həyata keçirilb. "Sunkar-2" PUA-sı faktiki olaraq bir çox vəzifələri yerinə yetirməyə imkan verən və təkmilləşdirilən uçuş xüsusiyyətlərinə malik "Sunkar-1" pilotsuz uçuş aparatıdır. Ərazinin kəşfiyyatı, patrul və müşahidə uçuşlarının həyata keçirilməsindən başlayaraq axtarış-xilasetmə işləri, ərazinin aerofotoqrafiyası və hava çəkilişləri və s. da daxil olmaqla bir çox xüsusi tapşırıqların icrasına qədər vəzifələr PUA-nın funksiyalarına aiddir.

"Sunkar-2" pilotsuz uçan aparatı həm mülki, həm də hərbi sahədə istifadə edilə bilər ki, bu da pilotsuz vasitəyə yüksək səviyyədə perspektiv vəd edir.

"Sunkar-2" pilotsuz vasitəsi olduqca yığcam dizayna malikdir. Qanad açılımı 2 metr olan PUA cəmi 70 santimetr uzunluqdadır ki, bu da pilotsuz uçuş aparatını yüksək hərəkətlilik və sadə istismar şərtləri ilə bərabər uçuş zamanı drona çox yaxşı manevr qabiliyyətini təmin edir.

Qazaxıstanın "Sunkar-2" pilotsuz uçuş aparatının güc qurğusuı bir elektrik mühərrikindən ibarətdir. Bu mühərrik pilotsuz vasitənin maksimal hərəkət sürətini 100 km/saata çatdırmağa imkan verir. PUA-nın effektiv fəaliyyət radiusu 70 kilometr, avtonom uçuş müddəti isə 2 saat ilə məhdudlaşır. Bu aparat Rusiyanın "İrkut-10" PUA-sının bazasında hazırlanıb, xarici gürünüşü eyni olan aparatların demək olar ki, bütün taktiki-texniki xüsusiyyətləri də eynidir.

Taktiki-Texniki Xüsusiyyətləri

Uzunluğu: 2 m;
Qanad açılımı: 0,7 m;
Hündürlüyü: 0.2 m;
Maksimum uçuş kütləsi: 8.5 kq;
Gəzinti uçuş sürəti: 80 km/saat;
Maksimal uçuş sürəti: 100 km/saat;
Maksimum uçuş məsafəsi: 70 km;
Maksimum uçuş hündürlüyü: 3100 m;

"Sunkar-3"

"Sunkar-3" də Qazaxıstanın "Yak-Alakon" şirkəti tərəfindən hazırlanan çoxməqsədli və hərbi təyinatlı pilotsuz uçuş aparatıdır. Onun hazırlanması və inkişafı Qazaxıstan mütəxəssisləri tərəfindən əvvəllər yaradılan "Sunkar" pilotsuz uçuş aparatları ailəsinin iki modeli əsasında həyata keçirilib. "Sunkar-3" pilotsuz uçan aparatı ərazinin kəşfiyyatı və monitorinqi ilə bərabər aerofotoqrafiya və hava çəkiliş vasitəsi kimi istifadə olunur. Onun patrul-müşahidə uçuşları üçün istifadəsi də mümkündür.

"Sunkar-3" pilotsuz vasitəsi yüngül dizayna malikdir. Kütləsi cəmi 3 kiloqrama bərabər olan PUA-nın buraxılması, operatorun əzələ gücündən istifadə edilməklə həyata keçirilir. Bu isə onun tətbiqini xeyli asanlaşdırır, hətta əl çatmayan ərazilərdə də ondan istifadə etməyə imkan verir.

Qazaxıstanın "Sunkar-3" pilotsuz uçuş aparatı kifayət qədər yığcam füzelyaj dizaynına malikdir. Onun uzunluğu 0.9 metr, qanad açılımı isə 2 metrdir. PUA sökülüb yığıla bilər, dizaynı isə dronun daşınma rahatlığını və yüksək hərəkətliliyini təmin edir.

"Sunkar-3" PUA-sı yalnız gündüz şəraitində müşahidə aparmağa imkan verən bir ədəd kamera ilə təchiz olunur ki, bu da bu dronun funksional imkanlarını ciddi dərəcədə məhdudlaşdırır.

"Sunkar-3" vasitələrinin güc qurğusunda bir ədəd elektrik mühərrikindən istifadə olunur. Bu mühərrik pilotsuz təyyarənin maksimal sürətini 90 km/saata çatdırmağa imkan verir. PUA-nın effektiv fəaliiyət məsafəsi isə çox məhduddur və cəmi 15 kilometr təşkil edir. Bu aparat Rusiyanın "İrkut-3" PUA-sının bazasında hazırlanıb, xarici gürünüşü eyni olan aparatların demək olar ki, əksər taktiki-texniki xüsusiyyətləri də eynidir.

Taktiki-Texniki Xüsusiyyətləri

Uzunluğu: 0.9 m;
Qanad açılımı: 2 m;
Hündürlüyü: 0.3 m;
Maksimum uçuş kütləsi: 3 kq;
Kreyser sürəti: 70 km/saat;
Maksimum uçuş sürəti: 90 km/saat;
Maksimum uçuş məsafəsi: 15 km;
Maksimum uçuş hündürlüyü: 3000 m;
Təyyarə mühərrikinin növü: elektrikli;

"Sunkar-200"

"Sunkar-200" Qazaxıstanın "Yak-Alakon" şirkəti tərəfindən hərbi və mülki məqsədlər üçün hazırlanan çoxməqsədli pilotsuz uçuş aparatıdır.

"Sunkar-200" pilotsuz uçuş aparatı mülki və hərbi sferada istifadə üçün xüsusi olaraq aviasiya inşaatı sahəsindəki qazax mütəxəssisləri tərəfindən hazırlanıb. İkili təyinat pilotsuz vasitənin populyarlığının yüksək səviyyəsini təmin etməli idi. Pilotsuz uçan aparat geniş funksiyaya malikdir, ondan patrul və müşahidə dronu kimi kəşfiyyat məlumatlarını toplamaq, ərazinin zondlanması və xüsusi tapşırıqların yerinə yetirilməsi üçün istifadə edilə bilər.

"Sunkar-1", "Sunkar-2" və "Sunkar-3" pilotsuz uçuş aparatlarından fərqli olaraq, "Sunkar-200" pilotsuz vasitəsi olduqca böyük ölçülərə malikdir. Uzunluğu 4 metr 53 santimetr olan PUA-nın qanad açılımı 5 metr 34 santimetrdir. Buna baxmayaraq, PUA konstruksiyasının aerodinamik formasına görə "Sunkar-200" çox yaxşı manevr qabiliyyətinə malikdir. Bu forma sayəsində böyük ölçülər uçuş xüsusiyyətlərinə də mənfi təsir göstərmir.

"Sunkar-200" pilotsuz aparatı elektro-optik və infraqırmızı kameralarla təchiz olunur ki, bu da cihazın ərazi və orada yerləşən obyektlərin demək olar ki, bütün gün ərzində müşahidəsini aparmağa imkan verir.

"Sunkar-200" pilotsuz uçuş aparatının güc qurğusu 12 saat müddətində uçuşu dəstəkləyən porşenli mühərriklə təmsil olunur. Bu mühərrik PUA-nın maksimum uçuş sürətini 210 km/saata çatdıra bilir. Bu aparat Rusiyanın "İrkut-200" PUA-sının bazasında hazırlanıb, xarici gürünüşü eyni olan aparatların demək olar ki, bütün taktiki-texniki xüsusiyyətləri də eynidir.

Taktiki-Texniki Xüsusiyyətləri

Uzunluğu: 4.53 m;
Qanad açılımı: 5.34 m;
Hündürlüyü: 1.68 m;
Maksimum uçuş kütləsi: 200 kq;
Kreyser sürəti: 140 km/saat;
Maksimum uçuş sürəti: 210 km/saat;
Maksimum uçuş məsafəsi: 200 km;
Maksimum uçuş hündürlüyü: 5000 m;
Mühərrikinin növü: porşenli;

Yaponiya ilə əməkdaşlıq

Pilotsuz sistemlərdən istifadə edərək dünyaya üstün sənaye həllərinin əsas tədarükçülərindən biri olan Yaponiyanın "Terra Drone Corporation" şirkəti, bu ilin may ayında Qazaxıstanın aparıcı PUA istehsalçısı olan "KazUAV" şürkətinə investisiya qoymaqla qlobal genişlənməsinin davam etdiyini nümayiş etdirdi.

"KazUAV" şirkəti bu müqavilə sayəsində, dünyanın ən qabaqcıl və iqtisadi cəhətdən səmərəli 25-dən çox şirkət və texnoloji tərəfdaşlardan ibarət olan "Terra Drone" şəbəkəsinə qoşuldu. Artıq "Terra Drone Corporation" şirkətinin bir hissəsi olaraq "KazUAV" Qazaxıstanda geniş çeşiddə pilotsuz uçuş aparatları xidmət və həllərini təmin etmək üçün dünya miqyasında sübut edilən məşhur texnologiyalardan istifadə edəcək.

"Terra Drone" şirkətinin Orta Asiya və Qafqazda yeganə tərəfdaş olaraq dünya neftinin 3%-nə malik Qazaxıstanın şirkətini seçməsinin səbəblərindən asılı olmayaraq, bu əməkdaşlıq Qazaxıstan PUA sənayesinə qısa müddət ərzində müsbət təsirini göstərə bilər.

İsrail ilə əməkdaşlıq

Qazaxıstanın KAI şirkəti isə İsrailin "Elbit Systems" şirkəti ilə müqavilə bağlayıb. Qazaxıstan bazarının ilkin təhlili nəticəsində məlum olub ki, adı çəkilməyən yeni PUA-ların əldə edilməsində güc strukturlarından başqa Kənd Təsərrüfatı Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Komitəsi, Milli Təhlükəsizlik Komitəsi, Təhsil Nazirliyi, həmçinin özəl şirkətlər, əsasən neft və qaz sektorunun nümayəndələri maraqlıdır. Əksər potensial alıcılar PUA-ların yerli texniki servis xidmətinin mövcud olduğu şəraitdə onları əldə etməyə hazır olduqlarını bildiriblər. Bu PUA-nın markası hələlik bəlli deyil. Bu həm kiçik "Skylark" və nəhəng "Hermes-900" PUA-sı, həm də istənilən çoxməqsədli və ikili təyinata malik vasitə ola bilər.

200 nəfərin çalışdığı KAI şirkətində İsrailin "Elbit Systems" şirkətinin pilotsuz vasitəsinin istehsal olunması dəqiqləşib. Artıq "Elbit Systems" şirkətinin marka nişanının Qazaxıstanda istifadəsinə icazə verilməsini qazax rəsmiləri gələcək layihənin yüksək ixrac potensilı ilə əlaqələndirirlər. Əvvəllər Rusiya PUA-larının lisenziya ilə yerli istehsalı təşkil edilsə də, Qazaxıstan onların ixracı ilə bağlı fikirlər səsləndirmirdi. Yerli istehsal ölkənin ixtisaslı mühəndis potensialının yetişdirilməsində də mühüm rol oynayacaq.

Nəticə

2014-cü ilə qədər Qazaxıstanda PUA istehsalı və ya yığılması barədə məlumatlara heç bir açıq mənbədə rast gəlinmir. İlk dəfə Qazaxıstanda PUA istehsalı, 2016-cı ilin iyun ayında keçirilən KADEX-2016 müdafiə sərgisində "RoboAvia" şirkətinin "Samruk 3M" və "Samruk 5M" PUA-sının təqdimatı ilə məlum oldu. Daxili yanma mühərrikinə malik bu PUA-lar qalxma və enmə üçün aerodromdan istifadə edirdi. Sonra "Sapsan-3000" adlı səssiz mühərrikə malik, qalxma-enmə zolağına ehtiyac duymayan və ümumiyyətlə istifadəsi asan olan "uçan qanad" aerodinamik dizaynlı pilotsuz vasitənin işlənib hazırlanmasına başlandı. Bu şirkətin rəhbərliyi istehsalın 90%-dən çoxunun özlərinə aid olduğunu iddia edir. Lakin şirkətin təsisçilərindən birinin Şimkent şəhərindən olan Rusiya vətəndaşının olması, mühəndislərin Rusiyada təlim keçməsi, əsas elektron plataların (matritsaların) və batareyaların Rusiyadan alınması, bu iddialara şübhə ilə yanaşmağa imkan verir.

2016-2020-ci illərdə Qazaxıstan aviasiya sahəsinə diqqətini xeyli artırdı. Bunun səbəbləri isə yalnız müasir hərbi əməliyyatlarda PUA-ların tətbiqinin artan əhəmiyyəti ilə bağlı deyildi.

2016- cı ilin aprel hadisələrindən sonra həm Ermənistanın başına gələn PUA faciələri, həm də Suriyada baş verən əməliyyatlarının Rusiya üçün acı nəticələri KTMT üzvü olan ölkələri PUA sahəsinə diqqəti artırmağa məcbur etdi. Hələ 2018-ci ilin əvvəlində Rusiya SQ BQ rəisi, Müdafiə nazirinin müavini general Vladimir Gerasimov, Kazan şəhərində keçirilən Qərargah rəislərinin iclasında çıxış edərkən bildirdi ki, tərəfdaş ölkələrlə pilotsuz aviasiyanın tətbiqi və ona qarşı mübarizə sahəsində əməkdaşlıq etmək niyyətindədirlər. Həmin ilin mayında isə Qazaxıstanda KTMT-yə üzv ölkələrin kəşfiyyat xidmətləri və bölmələrinin qüvvə və vasitələrinin cəlb olunması ilə "Axtarış-2018" xüsusi taktiki təlimləri keçirildi.

"Axtarış-2018" beynəlxalq xüsusi taktiki təlimləri KTMT-nin kollektiv əməliyyat reaksiya qüvvələrinin "Döyüş qardaşlığı-2018" əməliyyat-strateji təlimlərinin niyyəti çərçivəsində keçirilən təlimlərdə yalnız Rusiyanın "Orlan-10" və "Forpost" PUA-larının cəlb olunması, Qazaxıstanın həmin dövrdə beynəlxalq səviyyədə PUA kompleksinə ya malik olmadığını, ya da bu vasitəni təqdim etməyə hazır olmadığını göstərdi. Xatırladaq ki, "Forpost" PUA-ları da İsrailin birbaşa köməyi ilə yaradılıb.

2018-ci ildən əvvəl adını çəkdiyimiz Qazaxıstanın KAI adlı yerli müəssisəsi ilk dəfə ölkə ərazisində "An-72", "Su-25", "Su-27", "S-295" təyyarələrində müntəzəm texniki xidmət prosedurlarını yerinə yetirməyə başlayıb.

Qazaxıstanın QAZDRON şirkəti isə fərqli yük daşıma qabiliyyəti olan müxtəlif təyinatlı pilotsuz uçuş aparatları istehsal edir. Şirkət mülki və sənaye tətbiqləri üçün ilkin dizayn konsepsiyasından hazır məhsulların istehsalı və istismarına qədər fərqli aerohəllər təklif edir. Təyyarə modelyerləri, dizaynerlər, proqramçılar və əlaqəli texniki sahələrdəki digər mütəxəssislərdən ibarət komanda mühəndislik tədqiqatları, inkişaf, sınaq, istehsal və istismar təcrübəsinə əsaslanaraq öz pilotsuz sistemlərini yaradaraq bazara təklif edir. Mülki təyinatlı məhsullarını geniş çeşiddə təklif edən QAZDRON şirkətinin rəsmi səhifəsində hərbi təyinatlı PUA istehsalı barədə məlumatlara rast gəlinmir.

Göründüyü kimi, hazırda Qazaxıstan bazarında kifayət qədər geniş çeşiddə mülki təyinatlı PUA-lara rast gəlmək mümkündür. Onlardan ənənəvi tətbiq üsullarından başqa, həm də neft-qaz xətlərində sızmaların aşkarlanmasında, koronavirusla mübarizədə karantin zonasının sərhədlərinə nəzarət edilməsində, nadir heyvanların qeydiyyatında və s. istifadə olunur.

Bu ildən isə Qazaxıstan Respublikasının güc strukturlarını və digər qurumlarını təmin etmək üçün pilotsuz uçuş aparatının yüksək səmərəli çoxfunksiyalı sistemlərinin montaj və istehsalının təşkili planlaşdırılır. Artıq Qazaxıstanda pilotsuz avadanlıqların hazırlanmasını, proqram təminatını və istehsalını inkişaf etdirən bir neçə özəl şirkət də fəaliyyətdədir. Yaponiya, İsrail və Türkiyə ilə çoxşaxəli əməkdaşlıq genişləndirilir. Müdafiə sənayesinin nəhəng şirkətləri ilə əlaqələrə və ortaq şirkətlərin yaradılmasına üstünlük verilir.

PUA-ların servis xidmətləri də ölkə ərazində də həyata keçirilir. Orta məktəblərdə və uşaq yaradıcılıq mərkəzləri kimi müxtəlif məktəbdənkənar təşkilatlarda aviamodel dərnəkləri isə bir neçə ildir ki, yaradılıb. Orta və ali texniki təhsil müəssisələrində bu istiqamətlər üzrə fakultələr açılıb. Bütün bunlar isə bütövlükdə yaxın illərdə Qazaxıstanın PUA sahəsində ciddi addımlar atacağından xəbər verir.

Mənbələr

http://www.kazuav.kz/
http://www.kazuav.kz/news/Terra_Drone_Corporation
https://avia.pro/blog/sunkar-1-tehnicheskie-harakteristiki-foto
https://avia.pro/blog/sunkar-2-tehnicheskie-harakteristiki-foto
https://avia.pro/blog/sunkar-3-tehnicheskie-harakteristiki-foto
https://avia.pro/blog/sunkar-200-tehnicheskie-harakteristiki-foto
caravan.kz
rus.azattyq-ruhy.kz
businessfm.kz
kapital.kz
kursiv.kz
inform.kz
kursiv.kz

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qazaxıstan   PUA  

Xəzəryanı ölkələrin PUA parkında Qazaxıstanın yeri - ARAŞDIRMA (HƏRBİ EKSPERT)

2020/09/222-1599541212.jpg
Oxunub: 4592     14:39     08 Sentyabr 2020    