Region ölkələrinin PUA parkında İranın yeri - ARAŞDIRMA (HƏRBİ EKSPERT) - II YAZI

2020/08/22222-1598250048.jpg
Oxunub: 12421     10:54     24 Avqust 2020    
(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)

Region ölkələrinin PUA potensialını araşdıran Ordu.az redaksiyası bu dəfə Sizə İranın PUA parkının tərkibi, onların yaranma tarixi, konstruksiyası, versiyaları, taktiki texniki xüsusiyyətləri və s. barədə əldə etdiyi məlumatları çatdıracaq.

İranın PUA parkı müasirliyi ilə tam seçilməsə də, model və versiyalarının sayına görə bir çox region ölkəsindən daha irəlidədir.

"Mohajer" ailəsi

"Mohajer-1"

İran və İraq arasındakı qarşıdurmanın pik vəziyyətində İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən İraqdakı mövqeləri izləmək məqsədilə "Mohajer-1" PUA-larının yaradılmasına başlanıb. Dörd prototip 1981-ci ildə quruldu və əvvəlcə Şalamçekdəki rəqib xətlərinə nəzarət etmək üçün istifadə edildi.

Sonradan "Mohajer-1" adlandırılan bu pilotsuz təyyarə İranın PUA istehsalına atdığı ilk addım idi. "Mohajer-1" müharibənin sonuna qədər İraq qüvvələrinin fotoşəkillərini çəkməyə davam etdi və 619 dəfə havaya qalxdı. "Mohajer-1" düşmən mövqelərinə hücum etmək üçün 6 ədəd RPQ-7 ilə silahlanaraq həm də İranın ilk zərbə PUA-sı oldu.

Sənədlərin olmaması M1 pilotsuz vasitəsinin qiymətləndirilməsinə ciddi mane olur. M1 dronları ilə bağlı video və foto materialların əksəriyyəti 1990-cı ildə yayımlanan "Mohajer" filmindən əldə edilib. İran hökumətinin müharibə filmləri çəkməsinə münasibətini nəzərə alsaq, PUA-nın xüsusiyyətlərinin kifayət qədər dəqiq olduğunu düşünmək ağlabatan ola bilər.

Onun ölçüsü ABŞ-ın RQ-7 PUA-sına bənzəyir. 3 dayaqlı şassi uçuş və enmə üçün istifadə olunur. Qayıtmaq üçün bir ədəd paraşüt nəzərdə tutulur. Müşahidə üçün, M1 PUA-sının burun hissəsi bir ədəd perspektiv kamera ilə təchiz edilir. Kameranın o dövrün digər İran PUA-larına əsaslandığını nəzərə alsaq, çox güman ki, bu sadə bir kamera idi, yəni M1 qayıtdıqdan sonra onun çəkdiyi fotolenta laboratoriyada emal edilirdi. Bəzi mənbələr bu fotoların real vaxtda ötürülə biləcəyini iddia edir, lakin bu olduqca mübahisəli məsələdir. M 100 MHz-ə qədər tezlikdə çalışan həvəskar radio sistemi ilə idarə olunur.

Tətbiqi

İran-İraq müharibəsi zamanı İİKK-nın cənub cəbhəsindəki "Raad" briqadası naməlum sayda dronlarla silahlandı. İran PUA-ları ilk dəfə "Xeybər" (fevral-mart 1984) və "Bədr" (mart 1985) əməliyyatları zamanı istifadə olunsa da, "Mohajer" pilotsuz vasitəsinın ilk dəfə tətbiqi "Valfajr-8" (fevral 1986) və "Kərbəla-5" (yanvar-fevral 1987) əməliyyatları ilə əlaqələndirilir. Bu PUA-lar hücum əməliyyatlarının hazırlamasında və İraq mövqelərinin fotoşəkillərinin çəkilməsində istifadə edildi. Onlardan artilleriya atəşini tənzimləmək üçün də istifadə edildiyi bildirilirdi, lakin bunun real vaxtda baş verib-vermədiyi və ya atəşin təsirini necə qiymətləndirdikləri məlum deyil.

1990-cı ildə çəkilən filmdə iki qrup göstərildi:

Arxa buraxılış heyəti;
Ön idarəetmə heyəti.

Ön müşahidəçilərin yerləşdirilməsinə ehtiyac, məhdud siqnal gücü olan və məlumat ötürülməsini istisna edən radioidarəetmənin nəticəsi idi. Bu isə öz növbəsində M1 pilotsuz vasitəsinin yalnız cəbhə xətti üzərində uçuşlar üçün istifadə oluna biləcəyini və cəbhə xəttinin arxasında dərinlikdə kəşfiyyat apara bilməyəcəyini ifadə edirdi.

İraq hərbçilərinin eyni tezliklərdə işləyə biləcək VHF radiostansiyalarının köməyi ilə İran PUA-larını basdırması barədə məlumatlara da rast gəlinir. M1 pilotsuz vasitəsinin silahlanmasının nə qədər effektiv olduğuna dair heç bir dəlilə rast gəlinmir.

Görünüş sahəsində əl ilə idarəetmə sistemini nəzərə alsaq, bu PUA-nın dəqiq zərbə imkanı ehtimalı aşağıdır. Filmin bir yerində kameradan real vaxtda hədəf göstərmək üçün istifadə olunur. Bundan əlavə, bəzi məlumatlara görə, bu PUA Fars körfəzində gəmi əleyhinə silah kimi sınaqdan keçirilib.

"Mohajer-2" (M2)

"Mohajer-2", ötən əsrin 90-cı illərində inkişaf etdirilən İran dronlarının ara nəslinin tipik nümayəndəsidir. Bu baxımdan, nəsil və xüsusiyyətlərinə görə (məsələn, maksimal uçuş kütləsi, uçuş müddəti) "Ababil-2" PUA-sına çox yaxındır. Lakin "Ababil"dən fərqli olaraq, M2 hələ də mütəmadi olaraq kəşfiyyat məqsədləri üçün istifadə olunur. Mövcud dron nəsilləri ilə müqayisədə onun imkanları çox təvazökar olsa da, modernləşdirmə M2-ni xidmətdə saxlayır.

İnkişafı

"Mohajer-2" PUA-sı 1996-cı ilə qədər hazırlanıb, çünki həmin il Tehrandakı paradda təqdim edilib. Daha sonra 1999-cu ildə "Qods" şirkəti "Mohajer 3" və "Mohajer 4" aparatlarının nümayiş uçuşu (bu uçuşun görüntüləri yoxdur) təşkil edəcəyini elan etdi. M2 növbəti dəfə 2005-ci ildə Kişdəki aviaşou zamanı lentə alınıb. O vaxtdan bəri M2 PUA-sı və onun variantları müntəzəm olaraq kamera obyektivinə tuş gəlir. 2000-ci illərin ortalarında 253 ədəd "Mohajer" dronu istehsal edildi. Bunların neçəsinin M2 olduğunu söyləmək mümkün olmasa da, bu miqdarın əsas hissəni təşkil etdiyini güman etmək ağlabatandır.

2014-cü ilin noyabr ayında Kirş aviaşousunda əhəmiyyətli dərəcədə yaxşılaşdırılan xüsusiyyətlərə malik yeni nəsil M2 pilotsuz vasitəsi nümayiş olundu.

Texniki qiymətləndirmələr

"Mohajer-2" dizaynı "Mohajer-1" layihəsinin inkişafıdır. Onlar eyni silindrik füzelyaj, ikiqat qola malik quyruq və düz qanadları ilə xarakterizə olunur. Yenidən işlənən mühərrik örtüyü kimi M2 variantındakı kiçik dəyişikliklər bəzi dizayn yeniliklərini göstərir. M1 dronunun üç təkərli şassisi əvəzinə xizək tipli enmə qurğusundan istifadə etməsi, M2 variantının pnevmatik və ya reaktiv sürətləndiricidən (yəqin ki, birincidən) asılı olduğunu göstərir. Paraşütlə və ya ənənəvi enişlə geri qayıdır.

"Mohajer-2" PUA-sı İranın AB2 və "Saeqeh" aparatlarında istifadə edilən, bir itələyici pərə və 26 at gücünə malik cüt silindrli və porşenli WAE-342 mühərriki ilə təchiz edilir. Az sayda model tipik olmayan səsboğucu sistemlərə malikdir, bu isə bəlkə də M2 broşuralarında ardıcıl şəkildə irəli sürülən WAE-342 mühərrikinin 25 at gücündə olması barədə uyğunsuzluğu izah edir. Rəsmi reklamda PUA-nın 50 km fəaliyyət radiusuna (100 km uçuş məsafəsinə) və 1.5 saat uçuş müddətinə malik olduğu bildirilir.

M2-nin hər qanadında bir anten mövcuddur. Onlar real vaxt rejimində izləmə üçün daha yüksək tezlikli rabitə kanallarını (10 GHz-ə qədər) təmin edirlər. "Ababil" ailəsində olduğu kimi, bu cihazların kiçik diapazonunu nəzərə alaraq uzun məsafəli idarəetmənin olmaması böyük ehtimalla problem hesab edilmir. Dəqiq məlumatların çox az olmasına baxmayaraq, ixrac broşuralarında, "Mohajer"in əl, yarımavtomatik və avtomatik kimi üç rejimdən birində uçmasına imkan verən inteqrasiya edilən idarəetmə proqramının olduğu deyilir.

Əl rejimi: Operator bort kameralarından real vaxt məlumatlarından istifadə edərək pilotsuz uçuşun bütün parametrlərinə nəzarət edir. Bu rejim pilotsuz vasitə ilə yerüstü idarəetmə stansiyası arasında geniş və aşağı diapazon genişliyinə malik rabitə kanalları tələb edir.
Yarımavtomatik: Operator PUA uçuşunun marşrutunu müəyyənləşdirir, lakin uçuşa özü nəzarət etmir. Bu rejim, drondan görüntülərin ötürülməsi üçün istifadə olunan daha yüksək tezlikli diapazon genişliyinə malik rabitə əlaqəsinə və telemetriya bağlantısına əsaslanır.
Avtomatik: PUA əvvəlcədən təyin edilən uçuş trayektoriyasını izləyərək peyk və ətalətli naviqasiya sistemlərinin koordinat nöqtələrindən istifadə edərək əmrləri yerinə yetirir. Bu rejim PUA və idarəetmə stansiyası arasında heç bir əlaqə kanalına ehtiyac duymur.

"Mohajer-2" pilotsuz uçuş aparatı üç fərqli optik müşahidə sistemi ilə təchiz oluna bilər:

a) universal şarnir üzərindəki hərtərəfli optik-elektron araşdırma sistemi;
b) hava müşahidəsi üçün aşağıya doğru sabit yönəldilən kamera;
c) uçuş üçün burun daxilində sabitlənən ön kamera.

Universal birgə sistem real vaxtda müşahidə üçün istifadə olunur, lakin M2 variantı nisbətən aşağı yükdaşıma qabiliyyətinə görə yalnız yüngül kütləyə malik modellərə quraşdırıla bilir. Təcrübədə yalnız gündüz kameraları quraşdırılırdı. M2 dronlarının ilk dəstəsində ön kameralar mövcud deyildi.

M2 pilotsuz təyyarəsini təsvir edən reklam çarxları onun geniş ərazilərin fotoşəkillərini əldə etməsi üçün xətti skanerə malik lazer qurğularından və müəyyən edilməyən REM vasitələrindən istifadəsini də təbliğ edir. Lakin bu iddiaların heç biri sənədləşdirilməyib.

M1 variantına bənzər olan M2 pilotsuz versiyası da silahlandırıla bilər. Sənədli görüntülərdə iki altı lüləli qumbaraatan ilə eksperimental modellər nümayiş etdirilib. Lakin onların faktiki istifadəsinə dair heç bir dəlil yoxdur.

M2 versiyasının Taktiki-Texniki Xüsusiyyətləri:

Uzunluğu: 2.91 m;
Qanad açılımı: 3.8 m;
Boş kütləsi: 70 kq;
Faydalı yükün kütləsi: 15 kq;
Maksimum uçuş kütləsi: 85 kq;
Maksimum sürəti: 200 km/saat;
Maksimum uçuş yüksəkliyi: 3350 m;
Uçuş radiusu: 50 km;
Uçuş müddəti: 90 dəqiqə;
Mühərrik: 26 a.g-nə malik WAE-342.

M2N versiyasının Taktiki-Texniki Xüsusiyyətləri:

Uzunluğu: 2.90 m;
Qanad açılımı: 3.82 m;
Maksimum uçuş kütləsi: 90 kq;
Maksimum sürəti: 180 km/saat;
Uçuş məsafəsi: 150 km;
Uçuş müddəti: 6 saat;

"Raad-85"

Bəzi az etibar ediləcək məlumatlara görə, "Raad-85" PUA-sı M2 pilotsuz vasitəsinin "kamikadze" variantdır; onu da "Ababil-2"nin oxşar təchizata malik versiyası ilə müqayisə etmək olar. "Raad-85"in təyinatı isə bu PUA-nı İran ordusunun quru qoşunları ilə əlaqələndirməyə imkan verir.

"Raad" PUA-sının zərbə tipli olması barədə ilk məlumatı 2011-ci ilin fevralında, o vaxt Müdafiə naziri olan Vahidi verdi. Daha sonra 2011-ci ilin oktyabr ayında "Mashregh News" nəşri "Raad" PUA-sını "Qods" şirkəti tərəfindən istehsal olunan "Saeqeh" pilotsuz hədəfinin bir variantı olaraq təsvir etdi. Belə bir açıqlamanın heç bir səbəbi olmadığı və ilk baxışdan xəbər agentliyinin öz araşdırmasının nəticəsi olduğu ortaya çıxsa da, bu məlumatı nəzərdən çıxarmaq olmaz. "Raad" PUA-sının M2 pilotsuz vasitəsinə bağlanmasının ən parlaq dəlili, onun 2013-cü ilin fevral ayında İİKK tərəfindən keçirilən "Great Prophet 8" (Böyük Peyğəmbər 8) təlimində kamikadze rolunda göstərilməsi oldu.

Nəhayət, 2013-cü ilin sentyabrında təhvil vermə mərasimi zamanı Ordunun "Qods" şirkəti ilə birlikdə "Raad-85" istehsal etdiyi açıqlandı. Mərasimdə M2 və "Saeqeh" pilotsuz vasitələri heç bir izah verilmədən təqdim edildi.

"Raad" pilotsuz vasitəsinin xüsusiyyətləri tamamilə aydın və etibarlı deyil. 2013-cü ilin sentyabrında quru qüvvələrinin komandiri "Raad"ın 100 km uçuş məsafəsinə (M2 ilə eyni) malik olduğunu açıqladı. Sonra, 2014-cü ilin dekabr ayında bir məşq əsnasında, başqa bir komandir, "Raad"ın daha qısa məsafəyə sahib olan M2 və ya "Saeqeh"dən daha çox M2N-ə daha yaxın olduğuna işarə edərək 250 km məsafəyə malik olduğunu bildirdi.

"Mohajer-2N"

M2N (N - yeni deməkdir) 2014-cü ildə Kiş aviasərgisində nümayiş olunub. Görünüşünə görə M2 pilotsuz vasitəsi ilə eynidır, lakin daha yüksək performansa sahib olduğu bildirilir. Bunlara uçuş məsafəsinin 200% (50 km-dən 150 km-ə qədər) artımı və uçuş müddətində 300% (1.5 saatdan 6 saata qədər) artımı daxildir. PUA-nın raket atıcı qurğularını qanadları altında daşımağa qadir olduğu da bildirilir. Bu imkanlar hələ sənədləşdirilməsə də, M2N versiyasının M2 və M4 PUA-larının qəbul edə biləcəyi hər hansı bir silahı daşıya biləcəyi ehtimal olunur.

M2N variantının məsafə və müddət göstəricilərində belə bir artımın niyə baş verdiyi tamamilə aydın deyil. Ən çox ehtimal olunan izahat, yanacaq çənlərinin qanadlara əlavə edilməsidir, lakin bu da kütlə məhdudiyyətləri ilə bağlı mənfi nəticələrə səbəb olmalıdır. Kirş aviaşousundakı plakatda M2N pilotsuz vasitəsi təkərli şassi ilə göstərilirdi, lakin sərgi modeli ənənəvi xizək şassisi ilə nümayiş olundu.

Tətbiqi

İranda "Mohajer-2" ordu və İİKK-nın silahlanmasında mövcuddur. Ondan kəşfiyyat və hücum məqsədilə istifadə olunur. Onun İİKK tərəfindən istifadə edilməsinə dair sənədli sübutlar yalnız təlim və ya paradlarda nümayişdən ibarətdir, bu isə onların əsasən orduda istifadə edildiyini düşünməyə imkan verir. M2 ordu dronlarının çoxu yerüstü bölmələrdə lentə alınıb.

Quru Qüvvələri onları yüksək və aşağı intensivlikdəki münaqişələrdə kəşfiyyat və müşahidə üçün istifadə edir. Yüksək intensivlikli qarşıdurmalarda M2N korpus səviyyəsində kəşfiyyat aparmaq üçün PUA divizionlarının tərkibinə daxil olur. Aşağı intensivlikli münaqişələrdə isə onlar ordu helikopteri kimi quru əməliyyatlarına dəstək vermək və gündəlik sərhəd nəzarətini əhatə etməklə kifayətlənirlər. Bundan əlavə bu PUA-lar qeyri-hərbi, məsələn ordu sel, zəlzələ və ya qar fırtınası kimi təbii fəlakətlər üçün səfərbər olunduqda istifadə olunur.

"Mohajer-3" (M3)

"Mohajer-3" variantının mövcudluğuna dair ilk sənədli sübut 1999-cu ildə ortaya çıxdı, deməli onun hazırlanmasına 90-cı illərin ortalarında başlayıblar. Göründüyü kimi, onun yaradılmasında məqsəd M2 ilə müqayisədə uçuş müddətinin artırılması olub. Lakin yeni PUA-nın seriya istehsalı başlamadı və qısa müddətdə o, "Mohajer-4" variantı ilə əvəz olundu.

Taktiki-Texniki Xüsusiyyətləri

"Mohajer-3" PUA-ları "Mohajer-2" üzərində əhəmiyyətli üstünlüyüə malik idi, xələfindən daha geniş və kvadrat formalı füzelyaj və yenidən hazırlanan quyruq hissəsi ilə fərqlənirdi.

Kreyser sürəti: 180 km/saat;
Uçuş məsafəsi: 100 km;
Uçuş müddəti: 2-3 saat.

"Mohajer-4" (M4)

Yeni "Mohajer-4" pilotsuz vasitəsi ilk dəfə mətbuatda 1999-cu ildə M2 və M3 variantları ilə birlikdə müzakirə edildiyi zaman xatırlandı. İlk foto 2003-cü ildə yayımlandı. 2000-ci illərin ortalarında mövcud olan cəmi 253 "Mohajer"1/2/3/4" vasitəsindən 34 ədədi M4 idi, onlardan 19 ədədi 2005-ci ildə, 15 ədədi isə 2006-cı ildə istehsal edilib. Yeni nəsil M4 2014-cü ilin sentyabr ayında ictimaiyyətə nümayiş olundu.

"Mohajer-4" PUA-sı M2 və M3 modellərinin təkamül yolunu davam etdirir. Daha böyük ölçüsü və aerodinamik inkişafı, PUA-nın qarşısına qoyulan məsafə və uçuş müddətinin artırılması məqsədlərini əks etdirir.

M4 korpusu kvadrat formalı füzelyajı, iti uclu qanadları, qanad sonluğunun arxa tərəfinin əyilməsi və axımlı qanad kökləri ilə xarakterizə olunur. İdarəetmə sistemi eynidir və üfüqi stabilizatordakı yüksəklik sükanı, şaquli stabilizatorların üstündəki istiqamət sükanı və qanadlardakı eleronlardan ibarətdir.

Bir sıra erkən modellərdə fərqli mühərriklər olsa da "Mohajer-4" itələyici vintə malik, 50 at gücündə "Limbach L550" tipli dörd silindrli iki taktlı mühərrikdən istifadə edir. Digər mühərrikləri olan dronlar ümumiyyətlə parlaq rənglərlə rənglənir və marka nişanı olmur (bu nişan onların "Qods" şirkətinə aid prototiplər olduğunu göstərir).

Bəzi PUA-lar WAE-342 mühərrikinə bənzəyən karbüratörlü dörd silindrli mühərriklə təchiz edilir. Digərləri 38 at gücündə AR-741 porşenli mühərriklərə malikdir.

Əsasən L550 mühərrikinin seçilməsinin səbəbi dəqiq məlum deyil, ola bilsin bu həmin mühərriklərin əlçatan olması ilə əlaqədardır. L550 böyük kütləsi və AR-741-dən iki dəfə çox yanacaq istehlakına baxmayaraq, yəqin ki, daha çox gücə malik olması səbəbindən də seçilə bilər.

"Mohajer-4" pilotsuz aparatı radioelektron avadanlıqlarla bölməsinin üstündə yerləşən iki anten ilə təchiz edilir. Sistemin xüsusiyyətləri az məlum olsa da, yuxarıda təsvir olunan M2 variantı ilə eyni 3 uçuş rejimindən istifadə etdiyi düşünülür. M4 daha böyük faydalı yükə və daha güclü enerji təchizatına malik olduğundan, idarəetmə məsafəsinin də bir qədər artdığını ehtimal etmək mümkündür.

M4 variantına üç fərqli avionika dəsti yerləşdirə bilər:

a) naviqasiya üçün sabit istiqamətli ön kamera;
b) optik-elektron kəşfiyyat stansiyası;
c) aerofoto çəkiliş üçün aşağıya istiqamətlənən sabit kamera.

M4 universal şarnir üzərindəki stansiya və ya aerofoto çəkiliş kamerası daşıyır, lakin ikisini eyni zamanda daşıya bilməz.

Təcrübədə yalnız gündüz kameralar təsdiqlənib. Yeni nəsil M4 pilotsuz vasitələr isə artıq hər iki kamera sistemini eyni anda daşıya bilir. PUA-nın çoxkanallı video kamera ilə modeli də nümayiş olunub.

2014-cü ildə İranın Müdafiə Nazirliyi M4 PUA-sının iki ədəd daşınan QW-1 zenit-raket kompleksi daşıya biləcəyini açıqladı. Bu DZRK-ların iş prinsipi yerüstü komplekslərlə eynidir. Operator kameralardan istifadə edərək atıcı qurğunun borusunu hədəfə uyğunlaşdırır və sonra raketin özünün infraqırmızı tuşlama başlığı hədəfə kilidlənir. Bu imkanlar "Mohajer-4" PUA-sını xüsusi ələkeçiriciyə çevirməli olsa da, bu, hələlik baş verməyib.

Taktiki-Texniki Xüsusiyyətləri

Uzunluğu: 3.64 m;
Qanad açılımı: 5.3 m;
Maksimum üçüş kütləsi: 175 kq;
Maksimum sürəti: 180 km/saat;
Uçuş müddəti: 3-5 saat;
Uçuş hündürlüyü: 4500 m;
Uçuş məsafəsi: 150 km.

Versiyaları

"Hodhod" A/1 (A/100)

"Hodhod" PUA-sıının təyinatının unikal xüsusiyyətləri olan xüsusi və ya başqa bir variant üçün istifadə edildiyi bilinmir. Mümkün bir izahat, bu adın İİKK tərəfindən istifadə edilməsindən, başqa bir izahat isə M4 dronun bu versiyasının bir qədər fərqli texniki parametrlərə sahib olmasından ibarətdir.

Bu PUA ilə əlaqəli iki xüsusi hal sənədləşdirilib.

Birincisi, 2010-cu ilin sentyabrında qırmızı və ağ rəngə boyanan AR-741 mühərrikli sərgi modelinə bu təyinat verilib. İİKK tərəfindən hazırlanan müvafiq banner isə ənənəvi M4 variantına aid olanlardan fərqli unikal xüsusiyyətlər nümayiş etdirirdi. "Hodhod" PUA-sının M4 variantından daha uzun və geniş qanad açılımına, yüksək uçuş kütləsinə, daha qısa uçuş müddətinə malik olduğu ifadə edilirdi. Bu fərqlər PUA-da daha güclü L550 əvəzinə AR-741 mühərrikinin istifadəsinin uyğun gəlmədiyi üçün, "Hodhod" versiyasının da məhz daha güclü L mühərriki ilə təchiz edildiyini ehtimal etməyə imkan verir.

İkinci isə sentyabr paradında İİKK silahlanmasında mövcud olan iki M4 dronunun göstərilməsini nəzərdə tutur. Bu iki vasitə, seriya nömrəsi və bəlkə də yeni aparat bölməsi istisna olmaqla, digər M4 dronları ilə eyni idi. Birinci vəziyyətdə təsvir edilən modeldən fərqli olaraq, onlar L550 mühərriki ilə təchiz olunmuşdu və təyinatlarında "A/1" və ya "A/100" indeksi mövcud deyildi.

Taktiki-Texniki Xüsusiyyətləri

Uzunluğu: 3.74 m;
Qanada çılımı: 5.3;
Maksimum uçuş kütləsi: 210 kq;
Sürət: 200 km/saat;
Uçuş müddəti: 3 saat;
Uçuş hündürlüyü: 4500 m;
Uçuş məsafəsi: 150 km.

Sadiq/Mohajer-4B

"Sadiq" və ya "Mohajer-4B" PUA-sı əhəmiyyətli dərəcədə dəyişdirilən M4 platformasıdır. Yeni versiya 2014-cü ilin avqustunda müdafiə sərgisində nümayiş olunub. Ümumi istifadədə bu versiya üçün heç bir texniki xüsusiyyətə rast gəlinmir.

Aerofotoqrafiya və hava hücumundan müdafiə silahları kimi iki fərqli təyinatda təqdim edilən PUA-ların məqsədi ilə əlaqədar müəyyən qeyri-müəyyənlik mövcuddur. Halbuki, hazırkı nəsil M4-lərin silah və avadanlıqların paralel istifadəsinə əsaslanaraq, M4B modelinin ayrıca bir inkişaf olduğunu düşünmək də ağlabatandır. "Sadiq" təyinatı aerofoto çəkilişləri üçün xüsusi avadanlıqla təchiz edilən istənilən M4 pilotsuz vasitəsinə aid ola bilər.

"Mohajer-4B"nin xarici fərqləndirici xüsusiyyətləri:

Yeni xizək tipli şassi;
Qanadlar füzelyajın ortasında quraşdırılır;
Qatlanan qanad ucları çıxarılıb, bəlkə də qanad açılımı daha böyükdür;
Burunun yaxşılaşdırılan aerodinamik xüsusiyyətləri və mühərrikin soyudulması üçün yeni füzelyaj forması;
Genişləndirilən yük bölməsinə indi həm müşahidə, həm də aşağıya baxan kamera yerləşdirə bilir;
Müəyyən edilməyən faydalı yük füzelyajın altındakı yeni bölməyə yerləşdirilə bilər.

"Mohajer-6"

"Mohajer 6" (M 6) pilotsuz uçuş aparatlarının seriya istehsalına başlanılması ilə əlaqədar ilk məlumat 2018-ci ilin fevralına aid olduğu üçün bu vasitələrin hazırlanması təxminən 2015-ci ildən əvvələ təsadüf edir. Onun ilk təqdimatında İranın Müdafiə naziri Əmir Hatəmi və İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri, briqada generalı Məhəmməd Pakpurun iştirak etməsi, bu vasitənin kifayət qədər ciddi xüsusiyyətlərə malik ola biləcəyini göstərir. Açılış tədbirində 5 ədəd "Mohajer-6" təqdim edildi, lakin hazırda onların sayı 20-yə yaxın ola bilər. Təqdimat mərasimində 2 PUA-nın sərt asqıları kiçik ölçülü idarəolunan bombaların inert variantları ilə təchiz edilmişdi, qalan 3 PUA isə pilonlara malik deyildi. Asqıda daşınan bombalar da iki versiyada təqdim edilirdi:

"Ghaem" qeyri-şəffaf özü tuşlanan başlıq pəncərəsinə, "Ghaem 1" isə şəffaf pəncərəyə malik idi. Sonuncu versiya buraxılmazdan əvvəl hədəfi ələ keçirməni təmin edən bir infraqırmızı tuşlanma başlığı ilə təchiz oluna bilər. "Ghaem" bombası isə hədəf təyin etmə ilə tuşlamanı təmin edən yarımaktiv lazer başlıqla təchiz edilir.

Nümayiş olunan videoreportajda "Ghaem 1" aviasiya bombasını yüksək dəqiqliklə dənizdəki hədəfə vuran "Mohajer-6" pilotsuz uçuş aparatı nümayiş olunur. Bu sınağın Hind okeanında, Konarak yaxınlığında keçirildiyi ehtimal olunur.

"Mohajer-6" uçuşda ilk dəfə 2017-ci ilin aprelində İran televiziyasında göstərilib. PUA məlumat toplamaq, müşahidə və kəşfiyyat aparmaq, habelə günün istənilən vaxtında hədəfləri məhv etmək üçün hazırlanıb. PUA qısa uçuş zolaqlarından qalxa və ya ora enə bilər. "Mohajer-6" itələyici vint və ikioxlu quyruq pəri ilə təchiz edilir. Xarici görünüşünə görə bu "Leonardo" qrupunun "Falco" pilotsuz təyyarəsinə bənzəyir, lakin ölçüləri daha böyükdür, qanad konsolları qatlanmayıb və quyruq pərləri daha yuxarıda yerləşdirilib.

"Mohajer-6" pilotsuz uçuş aparatından üzən hədəfə atəş açılması, İİKK tərəfindən onların gəmi əleyhinə mübarizədə istifadə ediləcəyini göstərir. Bu konsepsiyanın effektivlik səviyyəsini qiymətləndirmək hələlik mümkün deyil. Çünki, infraqırmızı tuşlama başlığı dəniz hədəflərini məhv etmək üçün effektiv şəkildə istifadə edilə bilsə də, "Ghaem"in yüksək sürətli kiçik katerlərə zərbə vurması, habelə böyük gəmilərə ciddi ziyan vurması şübhə doğurur.

40 ədəd "Mohajer-6" PUA-sının İİKK HDQ-si üçün hazırlanması gözlənilir. "Mohajer-6" daha böyük "Shahed 129" PUA ailəsini tamamlayır.

"Mohajer 6" düzbucaqlı füzelyaja, yuxarıya doğru əyilən buruna, ikiqat quyruq oxuna, yuxarıda yerləşən üfüqi stabilizatora, gövdənin arxa tərəfinə yaxın və yüksəkdə quraşdırılan düz qanadlara malikdir. Mühərrikin üst və alt hissələrində hava girişləri mövcuddur. "Mohajer-6" digər variantlardan fərqli olaraq, üç bıçaqlı pərə malikdir.

"Mohajer 6"PUA-sı üç antenə malikdir, onlardan ikisi sol qanadın altında, biri isə burun hissədə yerləşir. Avtomatik uçuş və eniş edə bilən vasitə avtopilot sisteminə malikdir. Bundan əlavə, İran istehsalçısı bu vasitənin radioelektron dəstək tədbirləri, rabitənin basdırılması və REM üçün faydalı yüklər ilə təchiz oluna biləcəyini iddia edir.

600 kq-lıq uçuş kütləsinə malik PUA-nın fəaliyyət məsafəsi 200 km, faydalı yükün kütləsi isə 40 kq-dır. 10 metr qanad açılımına, 5.67 metr uzunluğa, 200 km/saat maksimum sürətə, 12 saat havada qalma müddətinə və 18000 fut maksimum uçuş yüksəkliyinə malik PUA-nın digər xüsusiyyətləri məlum deyil.

PUA İranın cənubunda fəaliyyət göstərən "Jaiş əl-Ədl" terror qruplaşmasına qarşı istifadə edilib. "Mohajer-6" PUA-larının Qeşm adasında yerləşdiyi ehtimal olunur.

Tətbiqi

İranda M4 pilotsuz vasitəsi ordu və İİKK-nın silahlanmasına daxildir. Ondan aşağı və yüksək intensivlikli münaqişələrdə kəşfiyyat missiyaları üçün istifadə edilir. Orduda "Şahin" kimi tanınan PUA-lar M2 ilə eyni şəkildə bölmələrdə yerləşdirilir.

Yerüstü bölmələri ən azı 2010-cu ildən bəri M4 vasitələrindən istifadə edir. 2013-cü ilin payızında sərhəd təhlükəsizliyi üçün istifadə məqsədilə xeyli sayda bu dronlardan alınıb. 2014-cü ilin noyabrında əvvəllər paradda iştirak edən M4 PUA-larından biri (A041-112 seriya nömrəli) İraqın səmalarında kəşfiyyat uçuşu zamanı İŞİD tərəfindən vurulub. Maraqlıdır ki, bu pilotsuz aparat fərqli quyruq hissəsi ilə təchiz olunmuşdu, bu isə M4 layihəsinin modul konsepsiyasına malik olduğunu göstərir.

Bu PUA-ların İran Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və ya Hava Hücumundan Müdafiə qoşunları tərəfindən istifadəsi təsdiqlənməsə də, M4 pilotsuz aparatı 2010-cu ildə İran Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri tərəfindən Fars körfəzində keçirilən "Velayat-89" manevrində iştirak edib. Onlardan İİKK dəniz akvatoriyasını müşahidə etmək üçün də istifadə edir. Hörmuz boğazından keçən döyüş gəmilərini lentə alan M4 PUA-larının bir neçə videosu da bunu sübut edir.

Bundan əlavə İİKK onlardan Sistan və Bəluçistan bölgələrində, "Shahed" PUA-ları ilə birlikdə təhlükəsizlik missiyalarında istifadə edir.

Xaricə ixrac və tətbiqi

İranla yanaşı, bu PUA-lar İraq və Suriyanın səmalarında görünür və lentə alınır, lakin bunların kim tərəfindən buraxıldığı heç də həmişə məlum olmur. 2012-ci ildən bəri Suriyada bir neçə vasitəyə rast gəlinir, lakin onları bəzən daha çox rast gəlinən AB3 dronları ilə qarışdırırlar.

İxracı

"Mohajer-2" pilotsuz vasitəsi yerli "Arpia" (Harpiya) adı ilə Venesuela Hava Qüvvələrinin silahlanmasına daxildir. Onlar Marakay şəhərindəki "El Libertador"aviabazasında yerləşən 8-ci aviasiya qrupuna daxil olan 83-cü PUA eskadrilyasının heyətinə daxildir.

Venesuelanın M2 dronları satın alması 2007-ci ildə, İranla birgə PUA istehsalını təmin edən müqavilənin imzalanması ilə başladı. 2009-cu ilə qədər Venesuelanın CAVIM dövlət şirkəti M2-ləri İrandan gətirilən ehtiyat hissələrindən yığmağa başladı. Onlar ilk dəfə 2012-ci ilin iyun ayında ictimaiyyətə nümayiş olundu. 2013-cü ilin iyun ayına qədər CAVIM 15 ədəd PUA istehsal etdi. Məlumata görə, onlardan 3-ü qəzaya uğrayıb, yəni silahlanmada artıq 12 vasitə qalıb. Bundan əlavə, PDVSA dövlət neft şirkəti də boru kəmərlərinə nəzarət üçün naməlum miqdarda PUA əldə edib.

Venesueladan başqa, Suriyanın səmalarında "Mohajer-2" PUA-larının görünməsi barədə bir neçə xəbər də mövcuddur. Mövcud şəkillərin aşağı keyfiyyətli olması, M2 PUA-larının dəqiq versiyasını müəyyənləşdirməyə imkan vermir.

İtkiləri

İranın bəzi PUA-ları da digər ölkələrin PUA-ları kimi həssas nöqtələrə malikdir. 2017-ci ildə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-15 qırıcıları iki ədəd "Shahed-129" PUA-sını məhv etdi, İsrail təyyarələri və "Patriot" hava hücumundan müdafiə sistemləri İrandan "Hizbullah" qruplaşmasına verildiyi iddia edilən bir neçə PUA-nı sıradan çıxarıb. 2017-ci ilin iyun ayında Pakistan sərhədini keçən naməlum İran PUA-sı isə JF-17 tərəfindən zərərsizləşdirilib.

İstifadəçilər

İran
İİKK: "Mohajer-1", "Mohajer-4", "Sadegh-1";
İİKK HDQ-si: "Mohajer-6";
İİKK quru qoşunları: "Mohajer-6", "Mohajer-2";
İran İslam Respublikası Ordusunun Quru Qoşunları: "Mohajer-2", "Mohajer-2N", "Mohajer-4", "Mohajer-4B";
İran İslam Respublikası HHQ-si: "Mohajer-4";
İran İslam Respublikası Sərhəd Mühafizə Komandanlığı: "Mohajer-2", "Mohajer-4".
Liviya Milli Ordusu: "Mohajer 2";
Suriya: "Mohajer-4";
VenesuelaHHQ-si: "Arpia".
"Hizbullah": "Mohajer-2" və "Mohajer-4";

Mənbələr

https://topwar.ru/72323-iranskiy-bespilotnik-mohajer.html
https://totalitat.livejournal.com/28488.html
https://ru.qwe.wiki/wiki/Qods_Mohajer
vpk.name

(Ardı var...)
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İran   PUA   Mohajer   Region  

Region ölkələrinin PUA parkında İranın yeri - ARAŞDIRMA (HƏRBİ EKSPERT) - II YAZI

2020/08/22222-1598250048.jpg
Oxunub: 12422     10:54     24 Avqust 2020    