Hərbi ekspert: "Mümkündür ki, Gürcüstanda ermənilər arasında baş vermiş insident gürcülərə qarşı da tətbiq edilsin"

2020/07/1-1594800359.jpg
Oxunub: 3529     15:31     10 Avqust 2020    
Gürcüstanda ermənilərin kompakt yaşadıqları Samtsxe Cavaxeti bölgəsinin Axalkalaki şəhərində iğtişaşlar törədilib. Bildirilir ki, buna səbəb Kulikam kəndindən olan gəncin odlu silahla qətlə yetirilməsi olub.

Qətl hadisəsindən sonra gənclər arasında qarşıdurma baş verib. Bir qrup aqressiv erməni gənc Axalkalakidə yerləşən 4 ev və 1 mehmanxananı yandırıblar.

İğtişaşlar zamanı 1 nəfərin öldüyü, 1 nəfərin isə yaralandığı barədə məlumatlar yayılıb. Axalakaliyə əlavə polis qüvvələri cəlb olunub.

Ordu.az-ın hərbi eksperti Ədalət Vəliyev Gürcüstanda ermənilərin törətdiyi bu iğtişaşları şərh edərkən bildirib ki, Samtsxe Cavaxetiyanın təhlükəli bir region olduğu, ermənilərin oraya olan iddialarının heç zaman zəifləmədiyi hər kəsə məlumdur.

"Hazırkı vəziyyətdə, həm Qafqazda, həm MDB-də, həm də müttəfiqlərarası problemlərin fonunda Gürcüstanda ermənilər tərəfindən genişmiqyaslı iğtişaşların törədilməsinin heç də təsadüfi olmadığı görsənir. Nəticə etibarilə mümkündür ki, Gürcüstanda ermənilər arasında baş vermiş insident gürcülərə qarşı da tətbiq edilsin. Bu kimi proseslər Gürcüstan daxilində, xüsusilə ermənilərin kompakt yaşadığı bölgədə separatizmin və erməni kriminal ünsürlərin daha da fəallaşmasına gətirib çıxara bilər. Baş verən hadisələr Gürcüstanın Samtsxe Cavaxetiya bölgəsinin hələ uzun müddət də Gürcüstandakı sülh və sabitliyə təhdid olaraq qalacağını göstərir", - deyə o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan  


Hərbi ekspert: "Mümkündür ki, Gürcüstanda ermənilər arasında baş vermiş insident gürcülərə qarşı da tətbiq edilsin"

2020/07/1-1594800359.jpg
Oxunub: 3530     15:31     10 Avqust 2020    
Gürcüstanda ermənilərin kompakt yaşadıqları Samtsxe Cavaxeti bölgəsinin Axalkalaki şəhərində iğtişaşlar törədilib. Bildirilir ki, buna səbəb Kulikam kəndindən olan gəncin odlu silahla qətlə yetirilməsi olub.

Qətl hadisəsindən sonra gənclər arasında qarşıdurma baş verib. Bir qrup aqressiv erməni gənc Axalkalakidə yerləşən 4 ev və 1 mehmanxananı yandırıblar.

İğtişaşlar zamanı 1 nəfərin öldüyü, 1 nəfərin isə yaralandığı barədə məlumatlar yayılıb. Axalakaliyə əlavə polis qüvvələri cəlb olunub.

Ordu.az-ın hərbi eksperti Ədalət Vəliyev Gürcüstanda ermənilərin törətdiyi bu iğtişaşları şərh edərkən bildirib ki, Samtsxe Cavaxetiyanın təhlükəli bir region olduğu, ermənilərin oraya olan iddialarının heç zaman zəifləmədiyi hər kəsə məlumdur.

"Hazırkı vəziyyətdə, həm Qafqazda, həm MDB-də, həm də müttəfiqlərarası problemlərin fonunda Gürcüstanda ermənilər tərəfindən genişmiqyaslı iğtişaşların törədilməsinin heç də təsadüfi olmadığı görsənir. Nəticə etibarilə mümkündür ki, Gürcüstanda ermənilər arasında baş vermiş insident gürcülərə qarşı da tətbiq edilsin. Bu kimi proseslər Gürcüstan daxilində, xüsusilə ermənilərin kompakt yaşadığı bölgədə separatizmin və erməni kriminal ünsürlərin daha da fəallaşmasına gətirib çıxara bilər. Baş verən hadisələr Gürcüstanın Samtsxe Cavaxetiya bölgəsinin hələ uzun müddət də Gürcüstandakı sülh və sabitliyə təhdid olaraq qalacağını göstərir", - deyə o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan  


Bizi "telegram"da izləyin