Naxçıvan Qarnizonu Qoşunlarında hərbi andiçmə mərasimləri keçirilib - VİDEO

2020/08/f8ad9-1596894574.jpg
Oxunub: 2617     15:59     08 Avqust 2020    
Naxçıvan Qarnizonu Qoşunlarında gənc əsgərlərin hərbi andiçmə mərasimləri keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, Əlahiddə Ümumqoşun Orduda keçirilən andiçmə mərasimində Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra gənc əsgərlər Vətənə sədaqət andı içiblər.

Mərasimdə polkovnik Mehman Gülməmmədov gənc əsgərlərin mənəvi-psixoloji, fiziki və döyüş hazırlığı istiqamətində keçirilən dərs və məşğələlərdən danışıb.

Gənc əsgərlər adından çıxış edən Valeh Əsədov hərbi andı qəbul etmələri münasibətilə sevincli və qürurlu olduqlarını bildirib, nümunəvi xidmət edəcəklərinə və döyüş tapşırıqlarına məsuliyyətlə yanaşacaqlarına söz verib.

Çıxışların ardından general-mayor Teymur Eyyubov Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdırıb. Bildirilib ki, Naxçıvanda Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin keçirildiyi bir vaxtda gənc əsgərlər hərbi andı qəbul edərək Ordu sıralarında peşəkar döyüşçü kimi yetişəcəklərinə söz verirlər. İnanırıq ki, bu gün hərbi andı qəbul edən gənc əsgərlərimiz “Təlimdə tər, döyüşdə zəfər” prinsipi ilə real döyüş şəraitində keçirilən təlimlərdə bütün tapşırıqları peşəkarcasına yerinə yetirən hərbçilərimiz kimi Vətənimizin müdafiəsində ayıq-sayıq dayanacaqlar.

Təbrik oxunduqdan sonra şəxsi heyətin təntənəli keçidi olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Ordu  

Naxçıvan Qarnizonu Qoşunlarında hərbi andiçmə mərasimləri keçirilib - VİDEO

2020/08/f8ad9-1596894574.jpg
Oxunub: 2618     15:59     08 Avqust 2020    