Ermənistan MTX generalının kabinetində gizli dinləmə cihazı? - Yeni qalmaqal

2020/08/f5d3a-1596871476.jpg
Oxunub: 3158     11:30     08 Avqust 2020    
Ermənistan Milli Təhlükəsizlik Xidmətində yeni qalmaqal yetişib.

“Hraparak” nəşri təxminən bir həftədir yazır ki, Ermənistan MTX-nin yeni direktoru Ginnesin rekordlar kitabına düşüb, MTX-də “qanunsuz silah” tapıb, MTX-nin keçmiş direktorunu və hazırkı işçilərini ittiham etməyə qərar verib.

Nəşr yazmışdı ki, Ermənistan MTX-nin silahlanmalar şöbəsinin rəisi Artak Torosyan həbs edilib, silah anbarında olan “qanunsuz silah”ın bəzi nümunələrinin Ermənistan MTX-nin keçmiş direktoru Artur Vanetsyana “aid olduğu”na dair Torosyandan ifadələr almağa çalışıblar.

Lakin Ermənistan MTX-nin köhnə işçiləri, eləcə də Silahlanma şöbəsinin rəisi bənzər ifadə verməyiblər. Buna baxmayaraq, Ermənistan Baş naziri Nikol Paşinyan MTX-nin yeni direktoru Argişti Kyaramyana nəyin bahasına olursa-olsun Vanetsyana qarşı ittiham irəli sürməyi tapşırıb və Kyaramyan ümidsiz şəkildə axtarışdadır.

2013-cü ildən bəri Ermənistan MTX-nin direktor müavini vəzifəsini tutan, general Aram Hakobyanı xidmətdə olan “qanunsuz” silaha görə ittiham etməyə çalışıblar. General Aram Hakobyan təsadüfən kabinetində gizli dinləmə cihazının quraşdırılmasını aşkar edib.

Yeri gəlmişkən, Ermənistan MTX-nin direktor müavini Ermənistan Respublikaçılar partiyasının keçmiş deputatı, iş adamı Hakob Hakobyanın qardaşıdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   MTX   Qalmaqal  

Ermənistan MTX generalının kabinetində gizli dinləmə cihazı? - Yeni qalmaqal

2020/08/f5d3a-1596871476.jpg
Oxunub: 3159     11:30     08 Avqust 2020    