“Rus-gürcü müharibəsindən 12 il sonra münasibətlər çıxılmaz vəziyyətdədir” – Analitik

2020/08/Gela-1596870592.jpg
Oxunub: 3178     12:18     08 Avqust 2020    
12 il əvvəl bu günlərdə rus-gürcü beşgünlük və ya avqust müharibəsi alovlanıb. Müharibə nəticəsində 400-dən çox insan, eləcə də 200-dən artıq mülki sakin ölüb, yüzlərlə insan yaşayış yerlərindən, evlərində məhrum olaraq qaçqın düşüb.

Gürcüstanın “Black Sea Press” agentliyinin baş redaktoru, nüfuzlu gürcü analitik, siyasi şərhçi Qela Vasadze beşgünlük müharibədən bəzi epizodları xatırlayıb, gürcü-rus münasibətlərinin qaydasına salınması perspektivlərini qiymətləndirib.

Vasadzenin sözlərinə görə, bu, Gürcüstana qarşı aqressiya idi. O xatırlayıb ki, bir çox gürcü analitiklərin dediyi kimi müharibə nə avqustun 8-də, nə də 7-də başlayıb.

“Müharibə iyulun sonunda başlayıb və bu, əvvəldən Rusiya tərəfindən hərbi-terror əməliyyatı idi, avqustun 7-si axşam isə genişmiqyaslı işğal başladı. Rus-gürcü müharibəsi davam edir, sadəcə atəşkəsdir, münaqişə dondurulub. Aşağı intensivliklə davam edən Ermənistan-Azərbaycan münaqişəsindən fərqli olaraq, rus-gürcü münaqişəsi dondurulmuş olaraq qalır”, - deyə Vasadze bildirib.

Onun sözlərinə görə, hazırda bu münaqişənin həll pespektivləri göstərilmir. Vasadzenin fikrincə, rus-gürcü münasibətlərində irəliləyiş yalnız Rusiyada hakimiyyətin dəyişəcəyi və ya sitem böhranı baş verəcəyi halda ola bilər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Gürcüstan   Rusiya  

“Rus-gürcü müharibəsindən 12 il sonra münasibətlər çıxılmaz vəziyyətdədir” – Analitik

2020/08/Gela-1596870592.jpg
Oxunub: 3179     12:18     08 Avqust 2020    