Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyi məlumat yayıb.
Müdafiə sənayesi məhsullarının ixracı Türkiyənin ümumi ixracının 1,2 faizini təşkil edib.
İyul ayında Türkiyə 139,792 milyon dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib ki, bu da 2019-cu ilin iyulu ilə müqayisədə 40,2 faiz azdır.
İyul ayında müdafiə sənayesi məhsullarının ixracı Türkiyənin ümumi ixracının 0,9 faizini təşkil edib.
Son 12 ay ərzində (iyul 2019 – iyul 2020) Türkiyə 2,301 milyard dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib.
Sevinc Əliyeva
Ordu.az