Tramp yenidən prezident seçiləcəyi təqdirdə İran və KXDR-lə razılaşmaya nail olacağını bildirib

2020/08/5464-1596528069.jpg
Oxunub: 2673     09:51     08 Avqust 2020    
ABŞ prezidenti Donald Tramp yenidən prezident seçiləcəyi təqdirdə çox tez müddətdə İran və Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə razılaşmaya nail olacağını bildirib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Nyu-Cersi ştatında mətbuat konfransı zamanı məlumat verib.

"Biz qələbə qazanacağıq və əgər biz qələbə qazansaq, çox tez müddətə İranla saziş bağlayacağıq. Biz çox tez Şimali Koreya ilə saziş bağlayacağıq", - deyə o qeyd edib.

Tramp bildirib ki, əgər o, 2016-cı ildə seçkilərdə qələbə qazanmasaydı, ABŞ Şimali Koreya ilə müharibə vəziyyətində olardı.

Tramp hesab edir ki, həyata keçirdiyi siyasət sayəsində indi vəziyyət bunun tam əksidir. "İndi bizim həqiqətən Şimali Koreya ilə münasibətlərimiz var, əslində əvvəlki administrasiyalar bunu etməyə müvəffəq olmurdu", - deyə Tramp vurğulayıb.

"İran çox istəyir ki, bizimlə saziş bağlasın", - deyə Ağ Ev başçısı qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   KXDR   İran  

Tramp yenidən prezident seçiləcəyi təqdirdə İran və KXDR-lə razılaşmaya nail olacağını bildirib

2020/08/5464-1596528069.jpg
Oxunub: 2674     09:51     08 Avqust 2020    