ABŞ Qarabağ münaqişəsinin həll prosesinin formatını dəyişmək istəyir? – EKSPERTLƏR

2020/08/Malas-1596797870.jpg
Oxunub: 3632     17:02     07 Avqust 2020    
Ermənistan-Azərbaycan sərhəd gərginliyindən sonra ATƏT-in Minsk qrupunun amerikalı keçmiş həmsədrləri Ermənistan-Azərbaycan sərhədində alovlanmış gərginliyin səbəblərini və həll prosesinin gələcəyini şərh edirlər.

Bu yaxınlarda ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Riçard Hoqland maraqlı açıqlamalar verib, ATƏT-in Minsk qrupunun fəaliyyətinin səmərəliliyini şübhə altına qoyub və qeyd edib ki, proses BMT platformasına köçürülməlidir, Qarabağ münaqişəsi müvəqqəti olaraq BMT protektoratı altında olmalıdır.

Rus beynəlxalqşünas Fyodor Lukyanov bildirib ki, amerikalı diplomatlar kifayət qədər çevik üsluba malikdirlər.

Lukyanovun sözlərinə görə, keçmişdə həmsədr işləmiş diplomatların bu gün fikir bildirməsi, öz fikirlərini bölüşməsi müsbət haldır və bu, faydalı olmaya bilməz.

“Lakin iddia edə bilmərik ki, onlar əhval-ruhiyyələri və ya üstəlik də, Dövlət Departamentində olan əhval-ruhiyyələri ifadə edirlər”, - deyə o qeyd edib.

Rus ekspert Aleksey Malaşenko deyib ki, vasitəçiləri və formatı tənqid etmək sadəlövhlükdür.

“Bu formatı saxlamaq, ancaq daha aktiv iş gözləmək lazımdır və həqiqətən münaqişə zonasında hökm sürən vəziyyətə diqqətsiz yanaşmaq olmaz, çünki bu halda vəziyyət gərginləşir və toqquşmalar yaranır”, - deyə Malaşenko bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Qarabağ  

ABŞ Qarabağ münaqişəsinin həll prosesinin formatını dəyişmək istəyir? – EKSPERTLƏR

2020/08/Malas-1596797870.jpg
Oxunub: 3633     17:02     07 Avqust 2020    