Erməni hərbi xadim: “Silahlı qüvvələri siyasi hakimiyyətlə əlaqələndirərək təhlükəsizliyimizə zərbə vururlar”

2020/08/Gevor-1596789916.jpg
Oxunub: 3131     11:08     08 Avqust 2020    
“Silahlı qüvvələrin siyasiləşdirilməsinin məqsədi ordunun dəyərdən və gözdən salınmasıdır, çünki ordu qeyri-siyasi qurum olaraq təhlükəsizliyimizin qarantıdır və dövlətin ən güclü dayağı, anti-millilərin hədəfidir”.

Ordu.az xəbər verir ki, bunu erməni hərbi xadim Gevorq Gevorkyan öz “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, bu, hədsiz dərəcədə təhlükəli yerə aparan prosesdir.

“Silahlı qüvvələri siyasi hakimiyyətlə əlaqələndirərək təhlükəsizliyimizə zərbə vururlar. Erməni məktəbini məhv edirlər, erməni elmini təhrif edirlər, mədəniyyətimizi alçaldırlar, tariximizi murdarlayırlar və “düzəldirlər”, erməni apostol kilsəsini gözdən salırlar, ordunu zəiflətməyə çalışırlar”, - deyə Gevorkyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran  

Erməni hərbi xadim: “Silahlı qüvvələri siyasi hakimiyyətlə əlaqələndirərək təhlükəsizliyimizə zərbə vururlar”

2020/08/Gevor-1596789916.jpg
Oxunub: 3132     11:08     08 Avqust 2020    