Dünya hələ də bir göz qırpımında məhv edilə bilər

2020/08/43222-1596797754.jpg
Oxunub: 4161     16:28     07 Avqust 2020    
75 il əvvəl Yaponiyanın Hiroşima və Naqasaki bölgələrinə atılan nüvə bombaları bəşəriyyət tarixinin əvvəllər heç vaxt görmədiyi bir dağıntıya səbəb oldu. Bundan sonra nüvə müharibəsi qorxusu dünyanı narahat edən əsas məsələlərdən birinə çevrildi.

Birləşmiş Ştatlar tarixən döyüşdə nüvə silahından istifadə edən yeganə ölkə olaraq qalır. Soyuq müharibənin sona çatması ilə nüvə müharibəsi ilə bağlı narahatlıqlar da azalmağa başladı.

Keçən il ABŞ-ın “Chapman” Universitetinin hər il tərtib etdikləri qorxu siyahısında “Nüvə silahından istifadə edən Şimali Koreya” və “Nüvə silahlı hücumu” müvafiq olaraq siyahıda 27 və 29-cu yerləri tutdu.

Soyuq müharibə çoxdan bitsə də, Rusiya və Amerika arsenallarında nüvə silahlarının ehtiyatları bir sıra nüvə silah müqavilələri nəticəsində kəskin azaldılsa da, nüvə müharibəsi təhlükəsi hələ də qalmaqdadır. Bunun nəticəsində dünya alovlar içində məhv ola bilər.

Bu gün dünyanın 9 dövlətin nüvə silahı var - ABŞ, Rusiya, Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, İsrail və Şimali Koreya.

Hazırda ABŞ və Rusiya öz nüvə arsenallarını modernləşdirmək üzərində səylə çalışırlar. ABŞ Rusiya ilə yeni silahlara nəzarət sazişi üzərində işlədiyini və Çinin də danışıqlara daxil edilməsini istədiyini açıqlayıb.

ABŞ prezidenti ölkəsini Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləsindən və İranın nüvə sazişindən çıxarıb. O, ABŞ və Rusiya nüvə qüvvələrini məhdudlaşdıran mövcud yeganə saziş olan “New START” razılaşmasını hələ uzatmayıb.Bundan əlavə, bu yaxınlarda Tramp administrasiyasının 28 yaşlı nüvə sınağına moratoriumu pozmağı düşündüyü bildirildi.

Hiroşimanın 75 illiyi nüvə silahı ilə bağlı ciddi ictimai narahatlığı aradan qaldırmaq üçün əlverişli zamandır. Pandemiya səbəbindən nüvə müharibəsi kimi digər potensial qorxular ikinci dərəcəli ola bilər, dünya xalqlarının sağlamlığı üçün zərərli olan və iqtisadi probelmlər yarada biləcək olduqca bahalı yeni silah yarışı dayandırılmalıdır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Nüvə-silahı   Dünya  

Dünya hələ də bir göz qırpımında məhv edilə bilər

2020/08/43222-1596797754.jpg
Oxunub: 4162     16:28     07 Avqust 2020    