ABŞ BMT-nin İrana qarşı silah embarqosunun uzadılması üçün təzyiqi artırır

2020/08/2222-1596797368.jpg
Oxunub: 3388     15:55     07 Avqust 2020    
BMT-nin 2015-ci ildə İrana tətbiq etdiyi silah embarqosu 2 ay sonra başa çatır. ABŞ silah embarqosunun müddətinin uzadılması ilə bağlı planlarını davam etdirir.

Buna baxmayaraq ABŞ-ın planları digər bir neçə dövlət, o cümlədən BMT-nin 5 daimi üzvündən ikisi - Rusiya və Çin tərəfindən ciddi əks-reaksiya ilə üzləşib.

“Amerikanın səsi” nəşrində dərc olunan məqalədə qeyd olunur ki, ABŞ gələn həftənin əvvəlində embarqonun uzadılmasını nəzərdə tutan qətnamə layihəsini səsverməyə çıxara bilər.

Məqalənin müəllifi yazır ki, ABŞ layihənin BMT Təhülkəsizlik Şurasından keçməsi üçün lazım olan doqquz səsi qazana bilməyəcək və ya Çin və (və ya) Rusiyanın vetosu ilə üzləşəcək.

Birgə Hərtərəfli Fəaliyyət Planını (JCPOA) 2015-ci ildə qəbul olunub. Plana əsasən BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü - Britaniya, Çin, Fransa, Rusiya, ABŞ - və Almaniya İrana embarqonun tətbiq edilməsinin qarşılığında tədricən beynəlxalq sanksiyaların qaldırılması ilə razılaşıb. Bununla yanaşı İran bazarlarını bir çox xarici investorlara açıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   BMT   İran   Embarqo  

ABŞ BMT-nin İrana qarşı silah embarqosunun uzadılması üçün təzyiqi artırır

2020/08/2222-1596797368.jpg
Oxunub: 3389     15:55     07 Avqust 2020    