Ermənistan MTX sabiq direktoruna qarşı ikinci cinayət işi açmağa başlayıb

2020/08/30039-1596789335.jpg
Oxunub: 3420     16:23     07 Avqust 2020    
Ermənistan Milli Təhlükəsizlik Xidməti bu qurumun sabiq direktoru Artur Vanetsyana qarşı bir cinayət işi ilə kifayətlənməyib, ikinciyə başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Xatırladaq ki, birinci cinayət işi 51 yaşlı keçmiş MTX əməkdaşını vəzifəyə təyin etmək faktına aiddir. Ermənistan MTX-nin yaydığı məlumata görə, Vanetsyan “vəzifə səlahiyyətlərindən sui-istifadə edib” və bununla bağlı onlar xidməti istintaqa başlayıblar. Lakin bir müddət sonra böyük ehtimalla bu ittihamın perspektivə malik olmadığını başa düşüblər, ikinci cinayət işinə başlayıblar ki, guya Ermənistan MTX-nin silah anbarında Vanetsyana məxsus “qanunsuz” silahlar tapılıb.

Keçmiş erməni döyüşçü, 90-cı illərdə Vazgen Sarkisyanın çağırışı ilə hərb sahəsinə gəlmiş Ermənistan MTX-nin Silahlanmalar şöbəsinin rəisi Artak Torosyan bu iş üzrə həbs edilmişdi və bir neçə gün onu təcridxanada saxlamışdılar.

Avqustun 6-da Artak Torosyanın qonşularından biri “Hraparak” nəşri ilə əlaqə saxlayıb və bu işlə bağlı detalları təqdim edib. Qonşusu bildirib ki, Torosyanı sərbəst buraxıblar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran   MTX  

Ermənistan MTX sabiq direktoruna qarşı ikinci cinayət işi açmağa başlayıb

2020/08/30039-1596789335.jpg
Oxunub: 3421     16:23     07 Avqust 2020    