“Defense News”: Liviya hava məkanı döyüş laboratoriyasına çevrilib

2019/08/Tripo-1565943738.jpg
Oxunub: 3911     19:32     07 Avqust 2020    
Liviya hava məkanı üçün döyüş laboratoriyasına çevrilir. Ölkədə baş verən vətəndaş müharibəsinin iştirakçı ölkələri hərbi güclərini bir-birlərinə qarşı sınayırlar.

Ordu.az xəbər verir ki, bu barədə “Defense News” nəşrində dərc olunan məqalədə qeyd olunub.

Müəlif yazır ki, Şimali Afrika ölkəsinin səması Türkiyə və Çin istehsalı PUA-lar, Rusiya istehsalı “MiQ-29” və “Su-24”lər, “Emirati Mirage 2000”lərlə dolub.

Nəşr yazır ki, Türkiyənin F-16 və Misirin “Rafale” qırıcıları da gözləmə rejimindədir.

Türkiyə və Qətər Tripolidə yerləşən Milli Razılıq Hökumətini, Misir və BƏƏ qiyamçı səhra komandiri Xəlifə Həftəri dəstəkləyir.

Nəşr yazıb ki, BƏƏ-nin “Misage” bazasından uçan “Mirage 2000-9” təyyarələri 2019-cu ilin iyunundan bəri dövri olaraq Həftəri dəstəkləyib.

“Türkiyənin TB2 dronlarına sahib olan Misrata aviabazası yenə Türkiyənin “Korkut” və MIM-23 “Şahin” hava hücumundan müdafiə sistemləri ilə təchiz edilənə qədər bir neçə dəfə BƏƏ-nin PUA və təyyarələri tərəfindən bombardman edilib”, - deyə nəşr yazır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Liviya   HHQ  

“Defense News”: Liviya hava məkanı döyüş laboratoriyasına çevrilib

2019/08/Tripo-1565943738.jpg
Oxunub: 3912     19:32     07 Avqust 2020    