F-16 qırıcılarının pilotları üçün yeni dəbilqə sınaqdan keçirilib

2020/08/1_159-1596798111.jpg
Oxunub: 3550     17:41     07 Avqust 2020    
Dünyanın ən uğurlu qırıcı-bombardmançı təyyarələrindən biri hesab olunan F-16 “Fighting Falcon”un inkişafı davam etdirilir. 40 il əvvəl ilk uçuşunu həyata keçirən platforma müasir döyüş bölgəsinin tələblərini ödəmək üçün hər gün daha da gücləndirilir.

Ordu.az xəbər verir ki, platformaların hazırkı istehsalçısı “Lockheed Martin” şirkəti F-16-ların “V” modeli üçün yeni dəbilqəyə quraşdırılmış nişangah sisteminin sınaqdan keçirildiyini bildirib.

Sınaqdan keçirilən yeni sistemin “Elbit Systems” istehsalı JHMCS II (Joint Helmet Mounted Cueing System) olduğu bildirib.

Təhlükəsizlik kvalifikasiyası, külək zərbəsi sınağından və digər ilkin testlərdən keçdikdən sonra nişangah sistemi F-16V ilə ilk uçuşunu həyata keçirib.

“Elbit Systems” və “Collins Aerokosmik” şirkətlərinin ortaq istehsalı olan dəbilqənin F-16V və F-16 “Block 70/72” təyyarələri üçün standart dəbilqə sistemi kimi istifadəyə verilməsi planlaşdırılır.

İstifadəçiyə geniş baxış bucağı təqdim edən avadanlıq pilotu hədəfi vizual şəkildə izləməyə imkan verir. Sistem pilota bütün məlumatları əks etdirərək uçuş aparatının iş yükünü azaldır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: F-16   Dəbilqə  

F-16 qırıcılarının pilotları üçün yeni dəbilqə sınaqdan keçirilib

2020/08/1_159-1596798111.jpg
Oxunub: 3551     17:41     07 Avqust 2020    