Ermənistan MN-in yeni təyin olunan hərbi polis rəisi kimdir?

2020/08/2930a-1596708187.jpg
Oxunub: 3742     16:54     07 Avqust 2020    
Ermənistan prezidenti Armen Sarkisyanın sərəncamı ilə Aşot Zakaryan Ermənistan Müdafiə Nazirliyinin hərbi polis rəisi təyin olunub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, A. Zakaryan 1966-cı ildə doğulub. Qarabağda işğal əməliyyatlarında iştirak edib.

1993-cü ildə Ermənistanın Gümrü şəhərinin şəhər şurasının deputatı seçilib.

1993-cü ildə Ermənistan Müdafiə Nazirliyinin hərbi polisinin Şirak vilayəti qarnizonunun şöbə rəisinin müavini təyin olunub. 1994-cü ildə Fransanın jandarma ali təhsil mərkəzində oxuyub.

1995-ci ildə Ermənistan Müdafiə Nazirliyinin hərbi polisinin Şirak vilayəti qarnizonunun şöbə rəisi təyin olunub.

A. Zakaryan polkovnik hərbi rütbəsinə sahibdir. Evlidir, iki övladı var.

Qeyd edək ki, 2008-ci il fevralın 19-da Ermənistanda baş vermiş prezident seçkiləri vaxtı Aşot Zakaryan Ermənistan prezidentliyinə namizəd, sabiq prezident Levon Ter-Petrosyanın Gümrü seçkiqabağı qərargahının cavabdehi olub. Erməni Milli Konqresinin üzvü olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran   MN  

Ermənistan MN-in yeni təyin olunan hərbi polis rəisi kimdir?

2020/08/2930a-1596708187.jpg
Oxunub: 3743     16:54     07 Avqust 2020    