Hindistan hökuməti müdafiə sənayesi ilə bağlı yeni sənəd təqdim edib

2020/08/E2QAM-1596783676.jpg
Oxunub: 3329     16:49     07 Avqust 2020    
Hindistan hökuməti 2025-ci ilə qədər ixracdan 5 milyard dollar daxil olmaqla 25 milyard dollarlıq müdafiə layihəsini təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Müdafiə İstehsalı və İxracın Təşviqi Siyasəti adlı sənəd “dinamik, möhkəm və rəqabətə davamlı” müdafiə sənayesini inkişaf etdirərək yerli silah və platformaların istehsalını gücləndirmək məqsədi daşıyır.

Layihədə, həmçinin Hindistan Müdafiə Nazirliyinin zirehli nəqliyyat vasitələri, sualtı qayıqlar, qırıcı təyyarələr, helikopterlər və radarlar kimi əsas sistemləri istehsal etmək üçün yeni müəssisələrinin qurulması nəzərdə tutulub.

Hindistanın hazırkı müdafiə istehsalı dövriyyəsi təxminən 11.42 milyard dollardır. Bunun 9 milyard dolları dövlət müəssisələri və hərbi sursat fabriklərindən, 2,42 milyard dolları özəl sektordan gəlir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Hindistan  

Hindistan hökuməti müdafiə sənayesi ilə bağlı yeni sənəd təqdim edib

2020/08/E2QAM-1596783676.jpg
Oxunub: 3330     16:49     07 Avqust 2020    