Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminstrasiyasının Müdafiə Sənayesi İdarəsinin sədri İsmail Demir məlumat verib.
Məlumata görə, şirkət ölkənin jandarma qüvvələrinə və Quru Qoşunları Komandanlığına ümumilikdə 1000-dən artıq bu nəqliyyat vasitələri tədarük edəcək. Hazırda 100-dən çox nəqliyyat vasitəsi müvafiq bölmələrə təhvil verilib.
Nəqliyyat vasitələrinin zirehli personal daşıyıcı konfiqurasiyası ASELSAN şirkəti tərəfindən hazırlanmış SARP döyüş modulu ilə təchiz olunub. Nəqliyyat vasitəsi maksimum 9 nəfərlik heyət daşıya bilir.
Sevinc Əliyeva
Ordu.az