Ağ günlərə boylanan Qaraqaya…

2020/08/14-6387126344.jpg
Oxunub: 11081     10:54     07 Avqust 2020    
Tovuz şəhərinin mərkəzi küçələrinin birindən burulub ta əzəmətli bir qayaya dirənənə qədər dərə-təpədən, saysız-hesabsız döngədən keçib gedən asfalt yol…

Özü amansız döyüşlərin, adı çoxsaylı şaiyələrin ünvanı olan Qaraqayanın ətəyinə gəlib çıxırıq. Buradan o tərəfə-Qraqaya zirvəsinə daşlı, bir az da tozlu yoxuşlarla qalxmalı olacağıq. Bizi müşayiət edən mayor rütbəli zabitlə birgə oturduğumuz “UAZ” markalı minik maşını sərt yoxuşlarda gücə düşməli olsa da, irəliləməkdədir. Yol boyu müxtəlif rütbələrdən olan hərbi qulluqçulara rast gəlirik. Günün günorta çağı, qızmar Günəşin şahmar ilan kimi quyruğu üstündə durduğu saatda hərə bir xidməti tapşırığın icrasına tələsir yəqin ki… Maşının bərabərinə çatanlar avtomobilin nömrə nişanını və içərisində zabit olduğunu görüncə, dimdik üzü maşına dayanır, əsgəri salam verir, maşın ötdükdən sonra yoluna davam edirlər. UAZ isə heç kimə, heç nəyə məhəl qoymadan uğultu ilə dağlara dırmaşır. Tovuzun Ağdam kəndi üzü Qaraqayaya qaxdıqca, yolun sol tərəfində dərədə qalır…

Snayper hədəfində yolçuluq

İlk baxışdan, ərazidə hər hansı mühəndis-istehkam qurğusunu sezmək mümkün olmasa da, qayanın lap zirvəsində insan əməyinin izləri özünü aydın biruzə verir… Müxtəlif vəsaitlərdən düzəldilmiş mühafizə qurğuları, atəş nöqtələri, sığınacaqlar təbitəin füsunkar gözəlliyinə qəribə bir duyğu qatır… Xəbərdar olunuruq: buradan filan yerə qədər qaçaraq keçməli olacağıq. Həmin nöqtə erməni snayperlərinin daimi nəzarəti altındadır… Müxtəlif maskalanma vasitələrinin, daşlardan hazırlanmış qala tipli daldanacaqların arasından keçib Azərbaycan Ordusunun döyüş mövqeyinə yaxınlaşırıq.

Çinari istiqamətində erməni ordusunun mövqeləri

Gəlişimizi görüncə, döyüşə hazır geyimdə olan zabit tabeliyində olanlara “Diqqət” komandası verib bizə tərəf gəlir. Həmin anda postda olanların hamısı yaxınlaşmaqda olan yad adamları-bizi ciddi baxışlarla süzür. Qarşımıza gələn zabitin bizi müşayiət edən həbiçiyə “Cənab mayor, …. döyüş mövqeyində hər hansı hadisə baş verməmişdir” məruzəsindən sonra, üstümüzə zillənmiş nəzərlər yumşalır…

Salamlaşırıq. Bayaqkı ciddiyət mehriban aurayla əvəzlənib. Hamıyla bir-bir əl tutub qısa tanışlıq verdikdən sonra hər kəs ona tapşırılmış, öhdəsində olan işi davam etdirir. Ətrafda, bir neçə gün əvvəl baş vermiş ağır döyüşlərin “yadigarları” diqqət çəkir. Güllə, qəlpə izləri döyüş mövqeyində hər yerə pərakəndə naxışlar vurub... Rabitəçi əsgər vaxtaşırı gah məruzə edir, gah da aldığı tapşırıqları cavabdeh zabitin diqqətinə çatdırır.

Döyüş şəraiti ilə maraqlanırıq. Mövqedəki digər zabit bizi ərazinin coğrafiyası ilə tanış edir: “Bax, o kənd Ermənistanın Berd rayonunun Çinari kəndidir. Bizim digər postlarımızdan daha aydın görünür… Ermənilər döyüş gedən günlərdə öz artilleriya qurğularını bu yaşayış məntəqəsində evlərin arasında gizlədib oradan atəş açırdılar. Bilirdilər ki, Azərbaycan hərbiçiləri dinc ermənilərə məxsus obyektləri hədəfə almır. Amma onlar bizim camaatı - Ağdam kəndini göstərib davam edir - top, 120 mm-lik minaatanla vururdular, nəhayətdə düşmənin həmin atəş nöqtələri artilleriyaçılarımız tərəfindən susduruldu. Buna baxmayaraq, Ağdamda (Tovuzun sərhəd-cəbhə kəndi-red.) evlərə mərmi düşdü, bir nəfər yaşlı adam həlak oldu.

Silahdaşlarımızdan biri, 1996-cı il təvəllüdlü Elşad Dönməz oğlu Məmmədov da döyüşdə qəhrəmancasına şəhid oldu. Onun da, kənd sakini Əziz (Əzizov) dayının da dəfni mərmi yağışı altında keçdi”.

Ermənistan. Berd rayonu Çinari kəndi, düşmən postları

Düşmən postlarına “quşbaxışı” nəzər

Erməni ordusunun üzbəüz mövqeləri buradan çox aydın görünür. Zirvənin qarşı tərəfində bir neçə post var. Hamısı da Qaraqayadan xeyli aşağıda yerləşir. Yuxarıdan baxanda erməni mövqelərindəki köhnə maşın şinləri ilə mühafizə edilən postları, həmin mövqeləri əlaqələndirən səngərlər əyri-üyrü-trayektoryalarla qarşıdakı hündür təpələrin arasında yoxa çıxır. Amma qarşı tərəfdə hərəkətlilik müşahidə edilmir. Erməni hərbi mühəndislər son döyüşlərdə dağıdılmış postlarının bərpasını tezləşdirməyə çalışsalar da, onsuz da sayca az olan şəxsi heyət arasından itki verməmək üçün ehtiyatlı davranmağa məcburdular... Daha onları dağ-daş da qoruya bilmir.

Ermənilər tərəfin sayılmayan itkiləri-muzdlular

“Döyüş olan günlərdə lap irəlidə, yəni ön xətdə ermənilər yox idi. Onlar tərəfdən vuruşanların xaricdən gətirilmiş muzdlu olması şübhəsizdir. Yəni onların o qədər artilleriya mərmisi altında necə itki verməsini biz aydın görürdük. Hücuma keçəndə də çoxlu itki verdilər.” - Bunu döyüşlərin iştirakçısı olmuş hərbiçilərdən biri deyir - “Döyüş ermənilərin postlarına məsafəcə yaxın daha yaxın olan mövqeyimizə basqınla başladı. Görünür, əsas məqsədləri bizim hərbiçilərimizi əsir götürmək, bununla da psixoloji üstünlük əldə etmək istəyiblər. Amma silahdaşlarımızın ayıqlığı nəticəsində düşmənin bu cəhdi baş tutmadı. Bundan sonra artilleriya atəşinin dəstəyi ilə hücumun miqyasını genişləndirdilər. Bu dəqiqdir ki, ermənilər bizim bölmələrimizdə xidmət edən hərbiçilərin güc və imkanlarını dəqiq hesabladıqları üçün hücuma erməni ordusunun əsgər və zabitlərini yox, xaricdən gəlmiş muzdluları göndərmişdilər. Çünki onlar mövqelərimizə soxulmağa cəhd göstərməyin acı nəticələr verəcəyini əvvəlcədən bilirdilər”.

...Qaraqaya istiqamətində erməni postları hündürlük baxımından Azərbaycan Ordusunun mövqelərindən çox aşağıda yerləşir deyə, düşmən həmişə bu yüksəklikləri ələ keçirməyə maraqlı olub. İstər 1992-94-cü illər ərzində, istərsə də son vaxtlar bu niyyətini həyata keçirmək istəyi ona çox baha başa gəlib.

Hər an keşikdə

Hər atəşə bir hədəf-azğınlaşan düşmənə acımasız zərbə

Söhbətimizə qoşulan başqa bir zabit deyir ki, durmadan hücumu davam etdirməyə çalışan düşmən hər dəfəsində sarsıdılıb geri oturdulurdu. Elə buna görə də Tovuzun kəndlərini atəşə tutmağa başladı:

“Bizim artilleriyaçılarımızın dəqiq atəşi hər dəfə irəliləməyə can atan erməniləri pərən-pərən saldı. Bu da onu özündən çıxarmağa başladı. Erməni artilleriyası bizim postlarımızı unudub artıq dinc əhalinin yaşadığı kəndlərə atəş açırdı. Həm də onlar artilleriya qurğularını aparıb Çinari kəndində mülki ermənilərin evlərinin arxasında, bağlarında yerləşdirmişdilər. Çünki, Azərbaycan hərbiçilərinin erməni yaşayış məntəqəsini vurmayacağından əmin idilər. Elə də oldu, düşməndən fərqli olaraq, biz kəndi intensiv atəşə tutmadıq. Ama bu, o demək deyildi ki, düşmən hədəflərini sıradan çıxartmayacaqdıq. Güclü Azərbaycan Ordusunun arsenalındakı müasir, dəqiq vuran silahlarla erməni artilleriyasının kənddə maskalanmış atəş nöqtələri bir-bir susduruldu. Elə hədəf oldu ki, tam heyəti ilə birgə zərərsizləşdirildi.”

Heç kimə verilməyən Vətən - “Vətən”də verilən son general əmri

Qaraqayanın yerləşdiyi dağ massivində başqa bir yüksəklikdəki döyüş mövqeyi hərbiçilər tərəfindən şərti olaraq “Vətən” adlandırılır. Bu həmin postdur ki, Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov burada şəhid olub. Sərhəd-cəbhə xətti boyunca böyük bir ərazidə həm Azərbaycan Ordusunun, həm də erməni hərbiçilərinin döyüş mövqelərini “Vətən”dən müşahidə eləmək mümkündür. Elə ermənilərin də əsas hədəflərindən biri bu posta sahib çıxmaq olub. Həmin istiqamətdə güc və imkanlarını səfərbər edən erməni tərəfi döyüşlər boyunca ən çox “Vətən”in müdafiə xəttini atəşə tutub.

Erməni səngərləri yerləşən təpələr-Ermənistan ərazisi

Bütün təkid və etirazlara rəğmən, general sözügedən yüksəkliyə gəlir və döyüşün idarə edilməsində müşahidənin daha əlverişli olduğu bu nöqtədən əmr və göstərişlər verir. Həmin döyüşün itirakçısı olmuş olmuş hərbiçilərdən biri deyir ki, general posta gələndə elə bil hərbiçilərin hamısına tükənməz güc bəxş elədilər: “Cənab generalı görəndə hamının üzündə böyük bir qürur yarandı. Bəlkə də posta bir dəqiqə ərzində 15-20 mərmi düşürdü. Düşmən həmin mövqeni topdan, minatandan, müxtəlif silahlardan atəşə tuturdu ki, bizim müqavimətimizi qıra bilsin. General-mayor Polad Həşimov çox təmkinli və soyuqqanlılıqla həm artilleriyaçılarımıza, həm də müdafiə xəttindəki döyüşçülərə əmr və göstərişlər verirdi. Artilleriya rəisimiz polkovnik İlqar Mirzəyev də onunla birgə gəlmişdi. Polkovnik həm generaldan aldığı, həm də özünün hesablamalarından çıxardığı nəticələrə əsasən artilleriyaçılara göstərişlər verirdi. Çox ağır döyüş gedirdi... “Vətən” düşmənin hücumlarını şücaətlə dayandırırdı. Komanda məntəqəsinə dalbadal düşən üç düşmən mərmisi oradan verilən əmr və göstərişlərə son qoysa da, müharibənin daha da kəskinləşməsinə səbəb oldu... Hər kəs sonsuz hörmət və sayğı ilə sevdiyi generalın qisasını almaq üçün bacardığı qədər güc sərf edirdi...”

“Bu qisas qiyamətə qalmaz...”

Həmsöhbətimiz fikrini tamamlayıb gözlərini uzaqlara zillənmişdi... Xeyli susduqdan sonra, ayağa qalxıb “Cənab generalın və bütün şəhidlərimizin qisasını mütləq alacağıq...” - deyib dərindən köks ötürdü.

Biz də geri dönmək üçün ayağa qalxırıq. Döyüş növbəsində olanlardan başqa hamı bizimlə görüşür, yaxşı yol diləyir. Gözlərdə qisas yanğısı, üzlərdə döyüş həvəsi aydın oxunur. Burada hər kəs Azərbaycan ordusunun hər bir hərbi qulluqçusu kimi “Döyüşə” əmrini təşnə kimi gözləyir...

Hər daşından müharibə zəhmi yağan, kol-kosundan barıt iyi gələn Qaraqayanın sinəsində əsgər tapdağından ağaran yolların qələbəyə apardığı şəksizdir... Buna heç kimsə şübhə etməsin! Bu əminliyi hiss etmək üçün gərək orda olasan... Qaraqaya onu qoruyan şərəfli əsgərin ayağı altında necə xoşbəxtcəsinə uyuyursa, sanki qələbəyə atılan güllənin dağlarda əks-səda verən səsinə oyanıb döyüşə atılmaq üçün dincəlir...

Teymur Zahidoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qaraqaya   Tovuz  

Ağ günlərə boylanan Qaraqaya…

2020/08/14-6387126344.jpg
Oxunub: 11082     10:54     07 Avqust 2020    