Paşinyanın son “şedevr” təyinatı

2018/05/546456_1525325717.jpg
Oxunub: 3507     20:45     07 Avqust 2020    
Ölkələrin siyasi hakimiyyəti hansı dəyər sisteminin daşıyıcısının olması və ideoloji istiqamətindən asılı olmayaraq, dövlət sisteminin qurulmasına peşəkar yanaşmalı, əsas məsələlərdə prinsipiallıq göstərməlidir. Bu, xüsusən siyasi komandaya aiddir, çünki dövlətdə hakimiyyətin qabiliyyətliliyinin həyata keçirilməsi dövlət tərəfindən siyasi komandanın düzgün və rasional işi ilə həyata keçirilir.

“168.am” nəşri yazır ki, Paşinyanın Ermənistanda hakimiyyətə gəlişinin ilk günündən etibarən idarəetmə prosesini iflasa uğradacağını sübut etdi.

“Bu, onun kadr siyasətindən aydın idi. Hər hansı bir insanı yalnız Gümrü-İrəvan yürüşündə iştirak etdiyi üçün müəyyən sahəyə cavabdeh bir şəxs təyin edilməsi yolverilməzdir.

Kadr siyasətinin əsasının peşəkar olması, bir sıra ilkin vəzifələr isə siyasi hazırlıq və savadlılıq tələb etməsi barədə aksiomatik həqiqətin sübuta ehtiyacı yoxdur.

Axı, fakt budur ki, kadr siyasəti mənasında qara və ağ bölünmə, yaxud çəkilmiş sərhəd xətti, senzura bölgüsü ola bilməz. Axı, bir çox hallarda 60 yaşlı insan 25-30 yaşlı insandan daha qabaqcıl yeni bir düşüncə sahibi ola bilər. Bu məsələdə riyazi dəqiqliklə qərar vermək üçün heç bir düstur yoxdur, lakin problem prinsipin, siyasətin əsasını qoyan fəlsəfədir.

Böyük Sovet lideri İosif Stalin bir dəfə haqlı olaraq “kadrlar hər şeyə qərar verir” dediyi kimi, praktik olaraq müxtəlif siyasi prosesləri izlədikdə deyilən sözlərin doğruluğuna əmin olmaq mümkündür

İndi Paşinyanın bu yaxınlarda ictimaiyyət arasında geniş müzakirə mövzusu olan “şedevr” təyinatı faktından danışaq.

Məlum olduğu kimi, üç ay əvvəl, daha dəqiq desək, mayın 5-də Ətraf Mühit naziri Erik Qriqoryan vəzifəsindən istefa vermə haqqında ərizə təqdim etmişdi və tam üç ay Paşinyan həmin sektor nazirliyinə rəhbərlik edən nazir axtarışında idi.
Şayiələrə görə, hökumətin konkret bir namizədi yox idi və seçim etmək üçün dəqiq mövqe ortaya qoya bilmirdi.

Dəfələrlə Paşinyanın hətta öz komanda yoldaşlarına, bütün dövlət aparatında fərqli vəzifələrdə çalışan məmurlara qarşı olduqca şübhə ilə yanaşması barədə məlumat verilib. Bu cür şübhə və inamsızlıq, bu gün Ermənistan dövlət sisteminin demək olar ki, bütün sahələrində mövcud olan hökumət “özbaşınalığının” əsasını təşkil edir. Bu yaxınlarda məlum oldu ki, Paşinyan növbəti “addımlayıcı” komanda yoldaşını Ətraf Mühit naziri təyin edib. Yayılan məlumatlara görə Nikolun “svoylar” (özününkülər) siyahısından olan Kotayk qubernatoru Romanos Petrosyan müstəsna “xidmətinə görə” nazir təyin edilib”, - deyə məqalədə qeyd olunur.

Müəllif yazır ki, növbəti axmaq təyinat Paşinyanın hökumət modelinin və dövlət idarəetmə haqqında fikirlərinin mənasız və monoton olduğunu bir daha təsdiqləyir.

“Paşinyan bir vaxtlar keçmiş hökuməti tənqid edərkən, ailə qəzetindəki təhqiramiz köşə yazılarında “balladalar” quraraq, dönəmin hakimiyyətini siyasi qərarları və addımları ilə “tayfabazlığı” rəhbər tutduqlarını qeyd edirdi, lakin indiki addımları ilə ən böyük “tayfabazlığa” məhz özünün yol verdiyini sübut edir və bir daha təsdiqləyir.

Qubernator işlədiyi illərdə Romanos Petrosyan özünü sübut etməyə, inzibati qollardan istifadə edərək, bu və ya digər mövzu ilə əlaqədar prokurorluqda süni işlər “açır” yerli idarəetmə orqanları rəhbərlərinə qarşı “gücünü” göstərməyə çalışırdı.

İki illik fəaliyyəti dövründə başqa heç bir fəaliyyəti ilə nəzərə çarpmayıb. Kotayk xalqı yəqin ki, keçmiş qubernatorunu yalnız Abovyan meri Vahaqn Qevorkyanla açıq şəkildə “müharibə” apardığı baxımından xatırlayacaqdır, yeri gəlmişkən həmin mübarizədə də məğlub olmuşdu.

Bütün bölgənin idaretməsini iflasa uğradan, özünü yersiz və süni intriqaların üzərində gücünü göstərməyə, özünü göstərməyə çalışan axmaq Romanosu ön plana çıxaran Paşinyan, təbiəti mühafizə və ekoloji sferanı tamamilə devirmək, Ermənistanın bütün ekosisteminin təkrar xaos və dağılmasına səbəb olma niyyətində olduğunu göstərir”, - deyə nəşrdə dərc olunan məqalədə bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Paşinyan   Böhran  

Paşinyanın son “şedevr” təyinatı

2018/05/546456_1525325717.jpg
Oxunub: 3508     20:45     07 Avqust 2020    