“Hraparak”: Ermənistan MTX direktoru rus “şpion”larının axtarışındadır

2020/06/image-1591691927.jpg
Oxunub: 1717     14:10     06 Avqust 2020    
Argişti Kyaramyanın göstərişi ilə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rus kadrlarına qarşı terror başlayıb.

Ordu.az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətində (ФСБ) təhsil almış şəxslərin bu qurumla əlaqələrini saxlamaqlarına dair şübhələr var və onlar gənc Ermənistan MTX direktorunun hədəfinə düşüblər.

Nəşrin MTX mənbələrinin məlumatına görə, Kyaramyan bəzi şəxslərə qarşı xidməti istintaqa başlamağı, digərlərini birbaşa şəkildə uzaqlaşdırmağı, hansı yolla olursa-olsun, sistemi “rus “şpion”larından təmizləməyi” tapşırıb.

Kyaramyanın təyin olunmasının ilk günlərində onu tanıyanlar deyiblər ki, o, tezliklə anti-rus addımları həyata keçirəcək, çünki anti-rusluğu ilə məşhurdur. Onlar Ermənistanda fəaliyyət göstərən Cənubi Qafqaz Dəmir Yoluna qarşı 2018-ci ildə məhz Kyaramyanın əli ilə həyata keçirilmiş dövlət hücumlarını nümunə kimi gətiriblər. Həmin vaxt Kyaramyan Ermənistan Dövlət Nəzarət Xidmətində olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Paşinyan   Böhran   MTX  

“Hraparak”: Ermənistan MTX direktoru rus “şpion”larının axtarışındadır

2020/06/image-1591691927.jpg
Oxunub: 1718     14:10     06 Avqust 2020    