Ermənistan MTX-nin sabiq direktoruna qarşı təqib yeni bir mərhələyə qədəm qoyur

2020/08/image-1596695065.jpg
Oxunub: 2123     20:23     06 Avqust 2020    
Ötən həftə Ermənistan MTX-də öz keçmiş direktorları olan Artur Vanetsyana qarşı cinayət işi materialları hazırlanırdı. O, dindirilməyə çağrıldı, sonra MTX Vanetsyanın vəzifəsindən sui-istifadə etdiyinə dair bir bəyanat verdi.

“Məlum olub ki, polkovnik-leytenant hərbi rütbəsi ilə xidmətdən çıxarılan şəxs hərbi xidmətə qayıtmaq istəyi ilə Ermənistan MTX-nin keçmiş direktoruna müraciət edib. 16-cı maddənin tələblərinə görə, milli təhlükəsizlik orqanlarında xidmət üçün polkovnik-leytenant hərbi rütbəli şəxslərə 50 yaş həddi müəyyən edilib. Rəsmi istintaq çərçivəsində rəsmi səlahiyyətlərdən sui-istifadə barədə əsaslı faktların əldə olunduğunu nəzərə alaraq, rəsmi araşdırmanın materialları Ermənistan Cinayət Məcəlləsinin 180-181-ci maddələrinə uyğun olaraq materialların hazırlanması və cinayət işinin açılması prosesini başlamaq üçün Ermənistan MTX -nin İstintaq departamentinə verilib”, - deyə bəyanatda qeyd olunub.

Bu bəyanat artıq Ermənistan hökumətinin Vanetsyana qarşı nəyin bahasına olursa-olsun cinayət işi açmaq üçün yumurtada tük axtardığına dəalət edir. Lakin, göründüyü kimi, bu bəyanataın ardınca baş qaldıran səs-küy MTX-ni müəyyən dərəcədə narahat etdi, bu işin heç bir perspektivinin olmadığını başa düşdülər və əldə edilən məlumatlara görə artıq bundan imtina ediblər. Bununla birlikdə, Paşinyan “qətiyyətlidir”, ona görə MTX direktoru olaraq yüksək vəzifəyə təyin olunan Arqişti Kyaramyana, sadəcə təlimatlarına əməl etməyə və ən qısa müddətdə yerinə yetirməyə borclu olduğuna görə ora təyin olunduğunu xatırladıb. Günün tələbi isə Vanetsyana qarşı cinayət işinin başlanması və həbs edilməsidir. Artıq MTX-də yeni bir prosesə başlanılıb.

İki gün əvvəl məlumat verildiyi kimi, indi də MTX-də Artur Vanetsyanı qanunsuz silah saxlamaqda ittiham etməyə çalışırlar. Maraqlı məqam budur ki, həmin silah Vanetsyanın yanında, evində və ya ofisində yox, məhz MTX-nin silah arsenalındadır.

“Hraparak” nəşrinin məlumatına görə, bu əməliyyata Vanetsyanın işini bitirdikdə və onu həbs etdiyi təqdirdə MTX direktor müavini vəzifəsinə təyin ediləcəyi vəd edilmiş Korrupsiya qarşı mübarizə İdarəsinin rəhbəri Mikael Hambardzumyan rəhbərlik edir.

Ermənistan MTX-dəki mənbələrin məlumatına görə, MTX-nin silahlanma şöbəsinin anbarı yoxlanılıb və qeydiyyata alınmamış, qanuni silah olmayan, qanunsuz silah aşkarlanıb. Yeri gəlmişkən, 90-cı illərdən bəri MTX həmişə bu kimi çox sayda silaha sahib olub. Ancaq burda bir incəlik var․ Bu silahların mənşəyi məlum deyil, yəni qanunsuzdur, lakin hamısı MTX-nin reyestrində qeydiyyata alınıb, yəni qeydiyyata alınmış silahdır və mütəmadi olaraq sərhədə, orduya göndərilib. Bu silahları cinayət işinin əsası halına gətirmək və Vanetsyanı “sındırmaq” fikrinin məllifinin kim olduğu aydın deyil.

MTX-nin silahlanma şöbəsinin rəisi Artak Torosyanın tutulduğunu və tapılan silahların MTX-nin keçmiş direktoru Artur Vanetsyana aid olduğuna dair ifadə verməyə məcbur edildiyi haqqında məlumat verilmişdi. Torosyan ifadə verməkdən imtina edib. Torosyanın həyat yoldaşı da MTX-də işlədiyi üçün ona təzyiq göstərməyə başlayıblar. Ermənstan MTX İstintaq İdarəsinin rəisi və Mikael Hambardzumyan silahlanma şöbəsi rəhbərinin arvadını dindirməyə çağırıblar və gecə yarısına qədər saxlayıblar. Ərini Artur Vanetsyana ifadə verməyə inandırmağa çağırıblar, əks halda “Ərini həbs edəcəyik, səni də işdən çıxaracağıq və 3 azyaşlı uşağın da acından öləcək”, deyə təhdid ediblər. Əldə edilən məlumata görə, qadın inandırmağa çalışsa da, Artak Torosyan ifadə verməkdən imtina edib.
Yeri gəlmişkən, onun 90-cı illərdə Vazgen Sarkisyanın çağırışı ilə cəbhəyə gedən 500 “döyüşçü”dən biri olduğunu bildiriblər.

Bu gün Ermənistan MTX-nin silahlanma şöbəsinin rəisinin həbsinin 72-ci saatı tamam olur. İfadə vermədiyi və günahının nə olduğu aydın olmadığı və işin istintaqının dalana dirəndiyi halda, həbs qərarı almaq üçün məhkəməyə müraciət etmək niyyətindədirlər.

Üstəlik, yeni bir “qurban” tapıblar, MTX direktorunun iqtisadi məsələlər üzrə müavini Aram Hakobyanın başına iş açmağa çalışırlar. Heç olmasa bəlkə Vanetsyana qarşı ifadə verəcəyinə ümid edərək onu ittiham etmək və həbs etmək istəyirlər.

MTX-dəki mənbə qeyd edir ki, heç vaxt Milli Təhlükəsizlik Xidmətində belə bir özbaşınalıq, “bespredel” olmayıb ki, qanun kənara qoyulsun, məhz öz işçilərinə və ya keçmiş rəhbərlərinə qarşı nəyin bahasına olursa-olsun cinayət işi açılsın.

Bütün bunları nəzərə alaraq qeyd etmək olar ki, Ermənistan MTX-də üsyan yetişir.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran   MTX  

Ermənistan MTX-nin sabiq direktoruna qarşı təqib yeni bir mərhələyə qədəm qoyur

2020/08/image-1596695065.jpg
Oxunub: 2124     20:23     06 Avqust 2020    