Ordu.az xəbər verir ki, bu barədə “Dawn” qəzeti siyasi hərəkatın nümayəndəsinə və yerli hakimiyyət rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, bir nəfərin vəziyyəti ağırdır, yaralananların əksəriyyəti yüngül xəsarət alıb. Bütün zərərçəkənlər ən yaxın xəstəxanalara aparılıb, hadisənin səbəbləri müəyyənləşdirilir. Partlayış Hindistanın Cammu və Kəşmir ştatlarının xüsusi statuslarının ləğv edilməsinin və ərazisinə komendant saatı tətbiq edilməsinin birinci ildönümünə həsr olunmuş mitinqdə baş verib.
5 avqust 2019-cu ildə Nyu Deli Cammu və Kəşmir ştatlarının xüsusi statuslarının ləğv edilməsi və bu bölgədə ştatdan daha az hüquqları olan iki inzibati birliklər yaratmaq qərarını elan etdi. İslamabad bu qərarı qınadı, Hindistanla diplomatik münasibətləri pozdu və ölkədəki səfirini xaric etdi.
Sevinc Əliyeva
Ordu.az