İsrailli ictimai xadim: “Ermənistanın Azərbaycana silah satışını dayandırmaq tələbi qəti şəkildə rədd ediləcək”

2020/08/00-12-1596622527.jpg
Oxunub: 10934     16:00     06 Avqust 2020    
“Ermənistan demək olar son 30 il ərzində İsraillə hər hansı məsələ ətrafında əməkdaşlıq etməkdə maraqlı olmayıb, BMT-də demək olar həmişə İsrailin əleyhinə səs verib”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu israilli ictimai xadim, publisist Aviqdor Eskin deyib.

Eskin qeyd edib ki, Azərbaycana silah satmaqla bağlı narazılıq özlüyündə hər bir erməni xadimin təbii mövqeyidir.

“İstənilən erməni xadim İsrailin Azərbaycan, Gürcüstan və Ermənistanla münasibətlərində tarazlığı dəyişməyə çalışacaq. Mnatsakanyan qapını döydü: Azərbaycana silah satışını dayandırmaq tələbi qəti şəkildə rədd ediləcək”, - deyə israilli ictimai xadim bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İsrail   Silah   Azərbaycan  

İsrailli ictimai xadim: “Ermənistanın Azərbaycana silah satışını dayandırmaq tələbi qəti şəkildə rədd ediləcək”

2020/08/00-12-1596622527.jpg
Oxunub: 10935     16:00     06 Avqust 2020    