Ukrayna HHQ-yə “MiQ-29” tədarük edilib

2020/08/MiG-2-1596520222.jpg
Oxunub: 1656     10:19     04 Avqust 2020    
“Ukroboronprom” Dövlət Konserninə daxil olan Lvov Təyyarə Təmiri Zavodu tərəfindən modernləşdirilmiş “MiQ-29” döyüş təyyarəsi ölkənin Hərbi Hava Qüvvələrinə təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə Dövlət Konserninin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, təhvil verilən “MiQ-29”un modernləşdirmə işləri çərçivəsində mühərriyi təmir edilib, yeni nəsil avionik sistemlərlə təchiz olunub. Modernləşmə nəticəsində təyyarənin istismar müddəti 8000 saatdan 12000 saata qədər artırılıb.

İsrailin “Elbit Systems” şirkətinin Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus “MiQ-29” qırıcı təyyarəsinin modernləşdirilməsində də iştirak etdiyi təxmin edilir. Ukrayna Müdafiə Nazirliyi və “Elbit Systems” şirkəti arasında keçən il 11 “MiQ-29” modelinin modernləşdirilməsi üçün 440 milyon dollar dəyərində bir müqavilə üçün danışıqlar aparılıb. Müqavilə ilə “MiQ-29”ların İsrail silah sistemləri ilə təchiz edilməsi planlaşdırılırdı.

Keçmiş SSRİ-də hazırlanan “MiQ-29” həm keçmiş sovet ölkələri, həm də Misir və Suriya kimi bir çox ölkələr tərəfindən istifadə olunur. İki mühərrikli təyyarə olan “MiQ-29” hazırda 20-dən çox ölkənin, o cümlədən Azərbaycan, Bolqarıstan, Hindistan, Rusiya, Suriya, Ukrayna, Belarus və Özbəkistanın hava qüvvələrinin inventarında xidmət edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ukrayna   HHQ  

Ukrayna HHQ-yə “MiQ-29” tədarük edilib

2020/08/MiG-2-1596520222.jpg
Oxunub: 1657     10:19     04 Avqust 2020    