Ordu.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Bildirilir ki, xarici hərbi satış proqramı çərçivəsində icrasına razılıq verilən müqavilənin dəyəri 126 milyon dollardır.
Müqaviləyə 156 ədəd 7.62x51 mm çaplı M240B pulemyotları, 36 ədəd 9M kəşfiyyat qayıqları, 36 ədəd 10M hücum qayıqları, 18 ədəd 16M yüngül qayıqlar, 36 ədəd FLIR sistemi, 24 ədəd 12.7 mm-lik zenit silahları, 36 ədəd 7.62x51mm çaplı “Gatling” topları, müxtəlif optik, avionik sistemlər və logistik dəstək fəaliyyətləri daxildir.
Müqavilənin əsas icraçısı ABŞ-da yerləşən “Willard Marine” şirkəti olacaq.
Sevinc Əliyeva
Ordu.az