KİV: Rusiya 6 Afrika ölkəsində hərbi baza quracaq

2020/08/Rusiy-1596518501.jpg
Oxunub: 1976     15:02     04 Avqust 2020    
Rusiya Afrikanın 6 ölkəsinin lideri ilə ölkələrinin ərazisində hərbi bazaların yaradılması barədə razılığa gəlib.

Ordu.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri ölkənin Xarici İşlər Nazirliyinin gizli sənədinə istinadən məlumat yayıb.

Nəşr yazır ki, bu günə qədər ruslar 21 Afrika ölkəsi ilə hərbi əməkdaşlıq edib.

Qeyd olunur ki, Rusiya 5 ildir Afrikada hərbi əlaqələr qurur. Bu yaxınlarda, danışıqlar zamanı Moskva Mərkəzi Afrika Respublikası, Misir, Eritreya, Madaqaskar, Mozambik və Sudanda hərbi bazaların yaradılması üçün lazımi icazələri alıb.

Mediada yayılan məlumatlara görə, Rusiya hərbi mütəxəssisləri hazırda Kremlin hərbi əlaqələr qurduğu ölkələrin hərbi qulluqçularını fəal şəkildə hazırlayır. “Bild”, Rusiyanın adi qoşunlarından əlavə, “Vaqner” kimi özəl hərbi kompaniyalarının da bu Afrika ölkələrində aktiv olduqlarını vurğulayıb

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya  

KİV: Rusiya 6 Afrika ölkəsində hərbi baza quracaq

2020/08/Rusiy-1596518501.jpg
Oxunub: 1977     15:02     04 Avqust 2020    