Polad Həşimovun qəhrəmanlığı

2020/08/polad-1596447412.jpg
Oxunub: 4353     19:21     02 Avqust 2020    
28 iyul 2020-də BBC radiosunun Azərbaycan Redaksiyası "Polad Həşimovun ölümü ilə bağlı iddialar davam edir və Azərbaycan ilə Türkiyənin birgə hərbi təlimi" başlığı altında bir videosüjet paylaşıb.

Mən BBC-ni reklam etməyim deyə videonu paylaşmıram. Təbii ki, uzun illərdir tele-radio sahəsində çalışan bir adam kimi deyə bilərəm ki, material Azərbaycan cəmiyyətində təfriqəçilik yaratmağa hesablanıb.

Xüsusilə də, şəhid general-mayorumuz Polad Həşimovun döyüşdə həlak olması epizodunu xüsusi rənglə təqdim edən BBC informasiya siyasətini və manipulyasiyanı mükəmməl bilən bir qurum kimi Azərbaycan cəmiyyətində çaşqınlıq toxumu səpməyə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı insanlarda qıcıq, hikkə yaratmağa çalışır...

General-mayor Polad Həşimov şərəfli zabitdir, o, xidməti boyu heç vaxt ölümdən çəkinməyib, çətinliklərdən qorxmayıb. 2016-cı ilin Aprel döyüşlərində polkovnik Polad Həşimovun göstərdiyi şücaət hər bir hərbçi üçün örnək sayıla bilər. Həlak olduğu gün də ən ağır döyüşlərin getdiyi məntəqəyə özü yollanıb, hətta irəli getməməsi üçün ona edilən xahiş və çağırışlara məhəl qoymayıb.

BBC iddia edir ki, Polad Həşimov xəyanətin qurbanı olub.

Polad Həşimov döyüşçüdür. O, həmin anlarda nə olur olsun öz əsgərini və tabeliyindəki zabitləri mərmi altında qoyub, döyüşü təhlükəsiz ərazidən idarə edəcək adam deyildi. Ermənilər generalın olduğu mövqedəki hərbçilərimizin, eləcə də digər döyüş mövqelərimizdəki Azərbaycan hərbi qulluqçularının müdafiə olunduğu yüksəklikləri ələ keçirməyə çalışırdılar.

Amma AZƏRBAYCAN ƏSGƏRİ düşmənin bütün əzmini qıraraq onun planını pozmuşdu. Buna görə də, ermənilər var gücünü cəmləyib müdafiə xəttimizi aramsız artilleriya atəşinə tuturdu.

Həmin döyüşlərdə heç bir xəyanətdən söhbət gedə bilməz. General-mayor Polad Həşimovu yaxından tanıyanlar yaxşı bilir ki, onu xəyanətlə aradan götürmək mümkün deyildi. O, digər bütün Azərbaycan zabitləri kimi ancaq və ancaq döyüşdə həlak olub.

Bəs bu XƏYANƏT mövzusu niyə ortaya atılır?

Xəyanət məsələsi əslində Azərbaycan Ordusunun şəhid general-mayorunun ruhuna hörmətsizlikdir. Onun qəhrəmanlığını gözdən salmaqdır.

Digər tərəfdən son döyüşlər bir daha göstərdi ki, Azərbaycan xalqı döyüş anında öz əsgərinin yanındadır, onun qayğısına necə qalır?! Həmçinin paytaxtda ordu sıralarına qoşulmaq çağırışları hər gün daha geniş vüsət aldı.

Ölkədəki bu həmrəyliyi pozmaq üçün dünyadakı erməni lobbisinin həyata keçirdiyi əməllərin bir qismidir BBC-nin həmin videosüjeti...

Çünki düşmən və onun havadarları yaxşı bilir ki, Qarabağ münaqişəsinin həllinə çox az qalıb, çünki erməni siyasi elitasının siyasəti üzündən müharibə ancaq və ancaq hərb yolu ilə həll edilməli olacaq. Bu da həm erməni diplomatiyasını, həm erməni lobbisini ciddi şəkildə narahat edir.

Azərbaycan tərəfinin malik olduğu hərbi-psixoloi üstünlüyü sıradan çıxarmaq üçün müxtəlif beynəlxalq səviyyəli KİV, beynəlxalq təşkilatlar vasitəsi ilə hərəkətə keçiblər.

Eləcə də həmin videomaterialda Rusiyaya yönəlik müxtəlif fikirlər sətirüstü və sətiraltı mənalarda təqdim edilir ki, bu da Azərbaycan-Türkiyə, Azərbaycan-Rusiya, həmçinin Rusiya-Azərbaycan-Türkiyə üçtərəfli münasibətlərini şübhə altına almağa, xalq arasında dövlətə, hərbiçilərə, qələbəyə inama ağır zərbə vurmağa hesablanıb.

Hərbi ekspert Teymur Zahidoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Polad-Həşimov  

Polad Həşimovun qəhrəmanlığı

2020/08/polad-1596447412.jpg
Oxunub: 4354     19:21     02 Avqust 2020    