Türkiyənin Milliyətçi Həkimlər Dərnəyinin nümayəndələri ölkəmizdədir - FOTOLAR

2020/08/11703-1596370783.jpg
Oxunub: 2815     16:18     02 Avqust 2020    
Türkiyənin Milliyətçi Həkimlər Dərnəyinin nümayəndələri ölkəmizdədir.

Ordu.az xəbər verir ki, qardaş ölkənin tibb işçiləri hər il öz qurbanlarını Azərbaycanda Qarabağ bölgəsində kəsib, şəhid ailələri və hərbçilərimizlə bayramlaşıblar.

Bu il də dərnəyin üzləri, 260 tibb işçisinin qurbanları Tərtər, Ağdam, Beyləqan, Ağcabədi, Bərdə, Ağstafa, Qazaxda kəsilib. Sağlamlıq keşikçiləri bu dəfə erməni təxribatından zərər çəkən Tovuz rayonunun Ağdam kəndində də qurbanlar kəsilib, şəhid ailələri və hərbçilərimizin bayramını təbrik ediblər.

Bu cür addımlar bir daha onu göstərir ki, Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir. Türkiyəli tibb işçiləri qurban payı ilə bərabər şanlı türk bayrağını da şəhid ailələrinə əmanət ediblər. Bayraqları təhvil alan şəhidlərimizin ailə üzvləri bayraqları öpüb,gözlərinə qoyaraq təhvil alıblar.

Duyğulu anlar isə şəhid övladının Türk bayrağını qəbul etdiyi zaman yaşanıb. Belə ki, Türkiyənin Milliyətçi Həkimlər Dərnəyinin sədr müavini Yavuzhan Baş bayrağı uşağa diz çökərək təqdim edib. Balaca isə bayrağı öpüb, göz üstünə alaraq qəbul edib. Balaca igid söz verib ki, böyüyəndə hərbçi olacaq və o bayrağı da Azərbaycan bayrağı ilə birlikdə işğaldan azad edilən torpaqlarda dalğalandıracaq. Həmin anların canlı şahidləri göz yaşlarına hakim ola bilməyiblər.

Sonda türkiyəli qonaqlara Tovuzun rəmzi olan, milli musiqi alətlərimizdən biri olan saz hədiyyə edilib və təşəkkür ünvanlanıb. Bildirilib ki, bu qardaşlıq bundan sonra da daha sıx və daha əhatəli şəkildə davam etdiriləcək.

Cümşüd Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   Azərbaycan  

Türkiyənin Milliyətçi Həkimlər Dərnəyinin nümayəndələri ölkəmizdədir - FOTOLAR

2020/08/11703-1596370783.jpg
Oxunub: 2818     16:18     02 Avqust 2020    