Ərəb dünyasında ilk dəfə atom stansiyası istismara verilib

2020/08/15962-1596281785.jpg
Oxunub: 4191     13:24     01 Avqust 2020    
Ərəb ölkələri arasında ilk dəfə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) atom stansiyası istismara verilib.

Ordu.az xəbər verir ki, BƏƏ-nin Baş naziri və Dubayın hakimi Məhəmməd bin Rəşid əl Maktum ərəb dünyasında ilk dəfə olaraq Abu-Dabidə “Baraka” atom stansiyasının istismara verildiyini bəyan edib.

Baş nazir bildirib ki, dörd atom elektrik stansiyasından ibarət olan "Baraka" ölkənin enerji ehtiyacının ¼-ni təmin edəcək.

O, atom stansiyalarının istifadəsinin və kosmosun öyrənilməsinin ərəblərin elm sahəsində nəyə qadir olduqlarının və başqa böyük xalqlarla rəqabətə girə biləcəklərinin göstəricisi olduğunu vurğulayıb.

Qeyd edək ki, "Baraka" Atom Elektrik Stansiyası ümumi gücü 5,6 meqavatt olan dörd enerji blokundan ibarət olacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: BƏƏ   Atom-stansiyası  

Ərəb dünyasında ilk dəfə atom stansiyası istismara verilib

2020/08/15962-1596281785.jpg
Oxunub: 4192     13:24     01 Avqust 2020    