Serb nazirdən etiraf: "Serbiya Ermənistana silah ixracına 2017-ci ildən icazə verir"

2020/08/2165_-1596268882.jpg
Oxunub: 4615     11:23     01 Avqust 2020    
2017-ci ildən bəri Serbiya "Vectura trans", "Partizan tech" və "Zastava oružje" firmalarına Ermənistana silah ixracı üçün 19 icazə verib.

Ordu.az "Regnum"a istinadən xəbər verir ki, bunu iyulun 30-da Serbiya Ticarət, Turizm və Telekommunikasiya naziri Rasim Layiç ölkə parlamentinin deputatı Marinka Tepiçin Serbiya silahlarının Ermənistana ixracı ilə bağlı suallarını yazılı şəkildə cavablandırarkən bildirib.

Nazirin sözlərinə görə, bunun üçün rəsmi və hüquqi məhdudiyyətlər yoxdur, çünki Ermənistan heç bir çoxtərəfli sanksiyalara məruz qalmır.

"Lakin razıyam ki, gələcəkdə bu məsələyə daha diqqətlə yanaşmalıyıq ki, əla siyasi və iqtisadi əlaqələr saxladığımız bir dövlətlə dostluq münasibətləri pozulmasın",- deyə N1 televiziya kanalı Leyiçin cavabından sitat gətirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Serbiya   Ermənistan   silah  

Serb nazirdən etiraf: "Serbiya Ermənistana silah ixracına 2017-ci ildən icazə verir"

2020/08/2165_-1596268882.jpg
Oxunub: 4618     11:23     01 Avqust 2020    