Fərid Şəfiyev: "ABŞ-ın Cənubi Qafqazdakı rolu xeyli azalıb"

2020/07/545-1596171813.jpg
Oxunub: 4428     09:02     31 İyul 2020    
Cənubi Qafqaz ölkələrinin müstəqilliyinin gücləndirilməsində, o cümlədən enerji layihələrinin həyata keçirilməsində ABŞ mühüm rol oynayıb.

Ordu.az xəbər verir ki, bu barədə Vaşinqtondakı Xəzər Siyasət Mərkəzi (Caspian Policy Center) tərəfindən keçirilən “Beyin mərkəzlərinin forumu: ABŞ və Xəzər regionu” adlı videokonfransda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə heyətinin sədri Fərid Şəfiyev bildirib.

“Cənubi Qafqaz tarix boyu region dövlətlərinin, o cümlədən Rusiya və İranın diqqət mərkəzində olub. Müasir tarixi dövrdə isə həmçinin ABŞ, Aİ, Çin tərəfindən də bu cür marağın şahidiyik. Regionda ABŞ-ın hazırkı roluna gəlincə, bu rol xeyli azalıb. Bu proses təkcə Tramp administrasiyası ilə bağlı olmamaqla hələ prezident Obamanın dövründə başlayıb.

Hazırda ABŞ daha çox daxili məsələlərlə məşğuldur, xaricdə isə mövcudluqları birinci dərəcəli strateji regionlarla davam edir”, - ekspert qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Azərbaycan  

Fərid Şəfiyev: "ABŞ-ın Cənubi Qafqazdakı rolu xeyli azalıb"

2020/07/545-1596171813.jpg
Oxunub: 4429     09:02     31 İyul 2020    