NASA Marsa növbəti missiyasını yola salıb

2020/07/satel-1596116216.jpg
Oxunub: 3389     17:36     30 İyul 2020    
ABŞ-ın Milli Kosmik Agentliyi (NASA) Marsa növbəti dəfə missiya göndərib.

Ordu.az xəbər verir ki, “Perseverance” adı verilən aparat Florida ştatında Kanaveral kosmodromundan buraxılıb.

Aparat təxminən yeddi aylıq uçuşdan sonra, 2021-ci ilin fevralında Qırmızı planetə çatacaq.

“Perseverance” Marsın süxurlarını tədqiq etməklə, orada əvvəllər həyat əlamətlərinin olub-olmamasına cavab tapmağa çalışacaq.

Qeyd edək ki, bu, son iki həftə ərzində Marsa yola salınan üçüncü missiyadır. Bir müddət Birləşmiş Ərəb Əmirlikləri tarixdə ilk kosmik aparatını Marsın orbitinə yollayıb. Daha sonra Çin Marsın səthinə eniş edəcək aparat yola salıb.

Hazırda isə Marsda NASA-nın "Curiosity" və "InSight" aparatları tədqiqatlar aparır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: NASA   Mars  

NASA Marsa növbəti missiyasını yola salıb

2020/07/satel-1596116216.jpg
Oxunub: 3390     17:36     30 İyul 2020    