Rusiya NATO-nun ardından Qara dənizdə hərbi təlimlər keçirir

2020/07/russi-1596107952.jpg
Oxunub: 963     15:09     30 İyul 2020    
Rusiya hərbi gəmiləri Qara dənizdə genişmiqyaslı təlimlərə başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, freqatlar, kiçik döyüş gəmiləri və böyük desant gəmiləri də daxil olmaqla donanmanın 20-dən çox gəmisi helikopter və döyüş təyyarələrinin müşayiəti ilə təlimlərdə iştirak edir.

Qeyd edək ki, Rusiyanın keçirdiyi təlimlər Ukrayna-ABŞ təlimlərindən dərhal sonra başlayıb. “Sea Breeze 2020” adlanan NATO dəniz təlimləri bir neçə gün öncə başa çatıb.

Bir həftə davam edən təlimlərdə 8 ölkədən - Ukrayna, ABŞ, Bolqarıstan, Gürcüstan, İspaniya, Norveç, Rumıniya və Türkiyədən 2000-ə yaxın hərbi qulluqçu və 20-dən çox gəmi və təyyarə iştirak edib. İllik təlimlər Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Sülh naminə tərəfdaşlıq proqramı çərçivəsində 1997-ci ildən etibarən Ukraynada keçirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   NATO   Təlim  

Rusiya NATO-nun ardından Qara dənizdə hərbi təlimlər keçirir

2020/07/russi-1596107952.jpg
Oxunub: 964     15:09     30 İyul 2020    