Ermənistan Türkiyə tərəfindən ərazisinə yoxlama səfərlərini dayandırır

2020/07/image-1596107558.jpg
Oxunub: 2026     17:12     30 İyul 2020    
İyulun 12-dən etibarən Ermənistan-Azərbaycan sərhədində yaranmış gərginlik kontekstində Türkiyə Azərbaycanı dəstəkləyən açıqlamalarla çıxış edir.

Ermənistanın “Hraparak” nəşri yazır ki, iyulun 29-dan etibarən Ermənistan sərhədləri yaxınlığında Azərbaycanla birgə genişmiqyaslı hərbi təlimlərin keçirilməsi də bunları təzahür etdirir.

“Azərbaycanı Ermənistana qarşı hərbi əməliyyatlarda açıq şəkildə dəstəkləyən, xüsusən 2020-ci il iyulun 12-dən başlayaraq görünməmiş təhdidlərlə çıxış edən Türkiyə tərəfindən Ermənistan ərazisində istənilən yoxlama səfərinin həyata keçirilməsi Ermənistanın təhlükəsizlik maraqlarına mənfi təsir göstərəcək və Ermənistan əhalisinin təhlükəsizliyinə ziyan vura bilər.

Ermənistan Avropada Adi Silahlı Qüvvələr haqqında Müqaviləyə və Vyana sənədinə sadiqliyini yenidən təsdiq edərək vurğulayır ki, Ermənistan ərazisində keçiriləcək yoxlama səfərlərində yalnız Türkiyənin yoxlamaları və ya qonaq statusunda türk müfəttişlərin iştirakı dayandırılır”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   Ermənistan   Təlim  

Ermənistan Türkiyə tərəfindən ərazisinə yoxlama səfərlərini dayandırır

2020/07/image-1596107558.jpg
Oxunub: 2027     17:12     30 İyul 2020    