Prezident Polad Həşimovla bağlı tapşırıqlar verdi - FOTO

2020/07/15961-1596105769.jpg
Oxunub: 2140     14:06     30 İyul 2020    
İyulun 29-da Qəbələ rayonunda Əmirvan-Vəndam avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib. Prezident İlham Əliyev tədbirdə iştirak edib.

Ordu.az xəbər verir ki, dövlət başçısı Vəndam kəndində doğulmuş general Polad Həşimovun qəhrəmanlığından danışıb, onun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələnin küçələrinin birinə adının verilməsi və digər müvafiq tədbirlər barədə tapşırıqlarını verib.

Qeyd edək ki, general-mayor Polad Həşimov 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndindən anadan olub. Sumqayıt şəhərində yaşayıb. P.Həşimov Aprel döyüşlərində göstərdiyi şücaətlərə görə təltif edilib.

Qəhrəman general Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Bu il iyulun 15-də İkinci Fəxri xiyabanda dəfn olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Prezident   Polad-Həşimov  

Prezident Polad Həşimovla bağlı tapşırıqlar verdi - FOTO

2020/07/15961-1596105769.jpg
Oxunub: 2143     14:06     30 İyul 2020    