Litva ictimai radiosunda erməni təxribatları və yalanları növbəti dəfə ifşa olunub

2020/07/15879-1596103172.jpg
Oxunub: 883     13:18     30 İyul 2020    
Litva ictimai radiosunun ”Rytoi garsai” (Xəbərlər xəritəsi) buraxılışında litvalı jurnalist Karine Urbanaviçiutenin müəllifi olduğu reportaj iyulun 24-26-da bir neçə dəfə yayımlanıb.

Ordu.az xəbər verir ki, bu barədə ölkəmizin Litvadakı səfirliyindən məlumat verilib.

Məlumata görə, Litvanın geniş ictimaiyyəti üçün nəzərdə tutulan reportajda iyulun 12-16-da Azərbaycan- Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində erməni təxribatları və yalanları növbəti dəfə ifşa olunub, Azərbaycan həqiqətləri geniş auditoriya arasında yayılıb.

Belə ki, Ermənistanın Litva, Latviya və Estoniyadakı səfiri Tiqran Mkrtçyanın yalanlarla dolu cəfəngiyatına Litva politoloqu Vilnüs Universitetinin dosenti Dovile Yakunaitite və Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Əməkdar jurnalist Mahir Həmzəyev tərəfindən faktlarla tutarlı cavab verilib.

Reportajda münaqişəni Azərbaycanın başlamadığı, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğu, daha dəhşətlisi ermənilər tərəfindən etnik təmizləmə siyasətinin aparıldığı qeyd olunub, işğal olunmuş Azərbaycan torpaqlarında əvvəllər 800 mindən çox vətəndaşın yaşadığı, indi isə 140 minə yaxın yalnız erməninin olduğu vurğulanıb. Azərbaycanın qanun çərçivəsində haqq və ədalətin bərpa olunması üçün öz torpaqlarını azad etməyə tam hüququ olduğu və təcavüzkar Ermənistanın bütün dünya ictimaiyyəti və beynəlxalq hüquq tərəfindən tanınan dövlətlərin sərhədlərinə qayıtmasının şərt olduğu bildirilib.

Ekspertlər ATƏT-in Minsk qrupunun fəaliyyətini də sərt tənqid edərək, münaqişənin nizamlanması üçün bu mexanizmin yenidən baxılması məsələsini qaldırıblar. Mahir Həmzəyev qeyd edib ki, 30 ildir danışıqlar aparmaq heç bir məna kəsb etmir. Qarabağın işğalı, Abxaziya, Sxinvali, Donbas, Krımın işğalı ilə heç də fərqlənmir. Beynəlxalq hüquq və bütün dünya, o cümlədən Litva tərəfindən qəbul olunan dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı və sərhədlərin dəyişməzliyi təcavüzkarı cilovlamaq üçün mütləq şərtdir. Ona görə də Ermənistana qarşı sanksiyalar tətbiq edilməlidir.

Reportajda mülki əhalinin də əziyyət çəkdiyi vurğulanıb, Tovuz rayonundan olan Zərnişanın atasının ermənilər tərəfindən necə öldürülməsinə toxunulub.

Sonda Azərbaycan xalqının işğala məruz qalmasına rəğmən sülhsevər xalq olduğu, lakin heç bir zaman torpaqlarının Ermənistan tərəfindən zəbt olunması ilə barışmayacağı bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Litva   Azərbaycan  

Litva ictimai radiosunda erməni təxribatları və yalanları növbəti dəfə ifşa olunub

2020/07/15879-1596103172.jpg
Oxunub: 884     13:18     30 İyul 2020    