Azərbaycan liderinin müsahibəsi mütləq şəkildə ermənilərin xeyrinə olmayacaq

2020/07/32131-1596100914.jpg
Oxunub: 2295     16:42     30 İyul 2020    
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın “РБК” telekanalına müsahibə verib.

Dəhşətli olmasa da, çox təəccüblüdür ki, təxminən iki ildir Ermənistanın sükanını tutan adamın regional siyasətin sadə məsələlərinə dair bir mövqeyi hələ də yoxdur, cavabların əksəriyyəti həvəskar mühakimələrdən başqa bir şey olmayıb.

“168.am” nəşrində dərc olunan məqalədə qeyd olunur ki, Tavuşdakı qarşıdurmaların səbəbinə toxunan Nikol Paşinyan bu dəfə də, öz sevdiyi mahnını oxumağa başladı.

“Əməliyyatlar niyə Qarabağ cəbhəsində deyil, Ermənistanın sərhəddində baş verməsinə dair suala cavabında isə Paşinyan bunu hansısa texniki səbəblərlə əlaqələndirib. O bildirib ki, bu bölgədə çox kəndin olması ilə bağlı video nəzarət sistemlərinin daha zəif (hərbi sirri vermədiyinə əmin deyiləm-müəllif.) olduğunu, hərbi əməliyyatların sərhəddə baş verməsini texniki səbəblərlə əlaqəli olması kimi dəyərləndirib.

Hökümət və qeyri-hökumət analitikləri yekdil şəkildə qeyd edirdilər ki, Tavuşa hücum edərək Azərbaycan münaqişənin Qarabağla (qondarma qurum – red.) deyil, Ermənistanla olduğunu, KTMT-nin siyasi əməkdaşlıq mexanizmlərini sınadığını göstərməyə çalışmışdı, amma Ermənistan Baş naziri bu hücumda siyasi səbəb görmədi. Bəli, yeri gəlmişkən, son 2 ilin islahatlarının ordunun məğlubedilməz olmasına çevrilməsi ilə bağlı, özünü tərifləməkdən də çəkinmədi.

Paşinyan bu müharibəyə verilən reaksiyaların Türkiyənin Cənubi Qafqazda üstünlük əldə etməyə çalışdığını göstərdiyini qeyd etdi. Paşinyanın Pan-Türkçülüyün Cənubi Qafqazla məhdudlaşacağını düşünməsi pisdir, müşavirlərinin bu mövzuda bəzi məsləhətlər verməsi yaxşı olardı.

Maraqlıdır ki, rusiyalı jurnalist Marqarita Simonyanın məlum çıxışı ilə bağlı suallar verməyə bir neçə dəfə cəhd etsə də, Paşinyan daim ona mane olsa da, yekunda jurnalist əzmkarlığı ilə bu səddi dəf etməyə nail olur. Bax burada Paşinyanın silsilə fırlatmaları başladı.

Şəxsi qisas səbəbi ilə Köçəryanı həbs edib-etmədiyinə dair konkret cavab vermədi və Ermənistanda “rəngli inqilab”ı həyata keçirən liderlərin Rusiyada təhsil aldığı QHT və təlimlərdə olduğunu da inkar etmədi. O, bu QHT-lərin Köçəryan və Sarkisyanın dövründə yaradıldığını, lakin o dövrdə nə hökumətin tərkibində olduqlarını, nə də siyasi qərar verdikləri barədə heç nə demədi. Bunun əvəzinə Paşinyan qeyd edib ki, Rusiya müttəfiqinin Köçəryan və ya Paşinyan yox, erməni xalqı olduğunu başa düşməlidir”, - deyə nəşr yazır.

Müəllif qeyd edir ki, maraqlı bir müşahidədir, Köçəryanın həbsdə olduğu və Paşinyanın anti-rus oyunu oynadığı zaman Rusiyanın erməni xalqı ilə necə və ya kiminlə ünsiyyət quracağını başa düşməsi qalır.

“Başqa sözlə, yenə də sualdan yayınmaq üçün ən sevdiyi hiylədən istifadə edərək, məsuliyyəti xalqın üzərinə atdı.

Ümumiyyətlə, Paşinyan üçün olduqca layiqli bir müsahibə idi. Putinlə ünsiyyət, əlaqə sualından yayınaraq, hətta təvazökarlıqla həmkarının Putin deyil, görüşdüyü Baş nazir Mişustin olduğunu etiraf etmişdi. Hətta İlham Əliyevi tənqid edərkən “dux” (hünər) əksikliyi hiss edilirdi.

Hərbi toqquşmaların baş verməməsi üçün monitorinq və istintaq mexanizmlərinin tətbiq olunmalı olduğunu söylədi, ancaq Düşənbədəki lift təmasında bunlardan imtina etdiyini qeyd etmədi, bu məsələnin daim gündəmdə olduğunu söyləməklə yalan danışdı.

Moskvada və Rusiyanın başqa yerlərində baş verən Ermənistan-Azərbaycan qarşıdurmalarına toxunan Nikol Paşinyan, oradakı ermənilərin vəziyyətindən narahat olduğunu söyləmədi, ancaq Rusiyanın problemlərindən narahat olduğunu, sabitliyin onun üçün strateji bir əhəmiyyət daşıdığını söylədi.

Xatırladaq ki, “РБК”nın jurnalisti Nikol Paşinyanın bir neçə epizodda “forslanmasına” şərait yaratdı. Məsələn, Paşinyan Qarabağ münaqişəsinin həllinin hər üç tərəfi (Azərbaycan, Ermənistan və qondarma qurum – red.) məmnun etməsini istəyən ilk lider olduğunu söyləməklə bir daha qürurlandıqda, jurnalist Nikol Paşinyanın danışmaqda davam etdiyi gizli və ya möcüzəvi bu həll yolunun, özündə nəyi əks etdirdiyinə dair maraqlanmadı.

Jurnalist dedi ki, İlham Əliyevə də müraciət edib və ondan da görüş xahiş edib. Ümid edək ki, Azərbaycan lideri bundan imtina edəcək, əks təqdirdə bu kədərli müsahibənin fonunda (əlavə edək ki, Paşinyanın ruscası rüsvayçı idi, bir çox hissəsini başa düşmək çətin idi), jurnalistin zəif davranışı şəraitində müsahibələrin müqayisəsi mütləq şəkildə ermənilərin xeyrinə olmayacaq”, - deyə məqalədə qeyd olunur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Paşinyan   Böhran  

Azərbaycan liderinin müsahibəsi mütləq şəkildə ermənilərin xeyrinə olmayacaq

2020/07/32131-1596100914.jpg
Oxunub: 2296     16:42     30 İyul 2020    