“Türkiyə-Azərbaycan birgə hərbi təlimləri geosiyasi əhəmiyyətə malikdir”

2020/07/2525-1596100736.jpg
Oxunub: 1719     14:01     30 İyul 2020    
“Bu günlərdə Ermənistan-Azərbaycan sərhədində keçirilən Türkiyə-Azərbaycan birgə hərbi təlimləri miqyasına görə görünməmiş bir şeydir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru, erməni ekspert Ruben Safrastyan deyib.

O qeyd edib ki, iki ölkənin birgə hərbi təlimləri yenilik deyil, hər il olur, sadəcə indi daha tez-tez keçirməyə qərar verilib.

Safrastyan bildirib ki, Türkiyə-Azərbaycan birgə hərbi təlimlərini Ermənistan-Azərbaycan sərhədində bir müddət öncə yaranmış gərginliklə əlaqələndirir.

“Ermənistan-Azərbaycan sərhədində Türkiyə-Azərbaycan birgə hərbi təlimləri geosiyasi əhəmiyyətə malikdir”, - deyə erməni ekspert qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Ermənistan   İşğal   Qarabağ  

“Türkiyə-Azərbaycan birgə hərbi təlimləri geosiyasi əhəmiyyətə malikdir”

2020/07/2525-1596100736.jpg
Oxunub: 1720     14:01     30 İyul 2020    