Türkiyə-Azərbaycan birgə hərbi təlimləri fonunda Ermənistan nə edir?

2020/07/defau-1596100412.jpg
Oxunub: 2041     15:59     30 İyul 2020    
Artıq dünəndən etibarən Türkiyə-Azərbaycan birgə hərbi təlimləri başlayıb. Plana uyğun olaraq mövcud vəziyyət qiymətləndirilir, döyüş tapşırıqları dəqiqləşdirilir, real şəraitdə ərazinin kəşfi aparılır. Müvafiq məruzələr dinlənildikdən sonra, təlimə cəlb edilən qoşunların qəbul olunan qərara əsasən tətbiqi üzrə tapşırıqlar ərazidə aydınlaşdırılır.

Ermənistanın “Joğovurd” nəşri yazır ki, məhz bu hərbi təlimlərə görə iyulun 29-da Ermənistan Müdafiə naziri Davit Tonoyan Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Conatan Lakotla görüşüb.

Tonoyan və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan, həmçinin ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan Rusiya və Birləşmiş Ştatların səfirləri və hərbi attaşeləri ilə də görüşüb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Türkiyə  

Türkiyə-Azərbaycan birgə hərbi təlimləri fonunda Ermənistan nə edir?

2020/07/defau-1596100412.jpg
Oxunub: 2042     15:59     30 İyul 2020    