““Qarabağ Ermənistandır, vəssalam” ifadəsinin nə demək olduğunu başa düşmürəm” - Köçəryan (ƏTRAFLI)

2020/07/00-10-1595402663.jpg
Oxunub: 2977     12:05     30 İyul 2020    
“Ermənistanın bugünkü xarici siyasətini təsvir edəcək aydın təsviredici yoxdur”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu iyulun 29-da üç televiziyaya verdiyi müsahibəsində Ermənistanın ikinci prezidenti Robert Köçəryan bildirib.

Köçəryan qeyd edib ki, Ermənistanın bugünkü hakimiyyəti ölkəni indi hamının qaçdığı yerə aparır.

“Sərhədlərin bağlı olması iqtisadiyyatımıza, demək olar bütün sahələrə ziyan vuran bir vəziyyətdir”, - deyə o qeyd edib.

Köçərəryan bildirib ki, epidemiya şəraitində ölkəni bağlamaq və bu vəziyyətdən yayınmaq çox asan idi, bu da alınmadı.

“Sevməyin, ancaq düzgün idarə edin ki, 900 nəfər ölməsin”, - deyə o bildirib.

Köçəryanın sözlərinə görə, ölkədə hər hansı vacib dəyişiklik olmayanda, vədlər yerinə yetirilməyəndə sözügedən qüvvə üçün bu, siyasi baxımdan fors-majordur.

“Hər şey çox tez dəyişə, çox sürətli inkişaf ala bilər. Ermənistan hökuməti və hakim qüvvə çox ciddi və güclü müxalifətə ehtiyacları olduğunu başa düşməyib”, - deyə o vurğulayıb.

Köçəryan bildirib ki, Ermənistanda “konsensus minus bir” ideyasının gündəmi baş tutub.

“Gündəmlə bağlı düşünürəm ki, artıq baş tutub, bütün müxalif qüvvələrin bəyanatlarını görmüsünüzsə, eynidir. Hamı başa düşür ki, vəziyyət getdikcə pisləşir, hakimiyyət dəyişməlidir. Əgər hökumət iş üslubunu dəyişməsə, yaxın gələcəkdə ciddi problemlərə malik olacaq”, - deyə o qeyd edib.

Köçəryan vurğulayıb ki, hazırkı Ermənistan hakimiyyətinin apardığı bu siyasət halında cinayət təqibi olmasaydı, siyasətə qayıtmalı idi.

O qeyd edib ki, Ermənistanda ölkəni təhlükə altına alan siyasət aparılır.

Ermənistanın ikinci prezidenti bildirib ki, aktiv anti-rus təbliğatçıları Ermənistanda rus nümayəndəliyi olmasaydı, hansı nəticələrin ola biləcəyini başa düşməlidirlər.

“Dünya dəyişib, bölgədəki güclü dövlətlər öz rollarını vurğulamağı artırmağa çalışır, bu, daha çox geosiyasi qlobal dəyişikliklərin nəticəsidir. Türkiyənin ambisiyaları 10-15 il əvvəlki ilə müqayisədə ciddi fərqlənir. Və bu, hesaba oturmalı olduğumuz bir amildir. Bu, rus bazalarını Ermənistandan çıxarmaq haqqında çıxış edənlər, Rusiya səfirliyi qarşısında nümayişlər edənlər üçün ciddi mesajdır”, - deyə Köçəryan bildirib.

Ermənistanın sabiq prezidenti Ermənistan-Azərbaycan sərhədində baş vermiş gərginliyə toxunarkən bildirib ki, əslində bu lokal döyüş daha geniş miqyaslı döyüş əməliyyatlarına çevrilib.

O qeyd edib ki, bu, baş verənlərin çox qısa təsviridir.

“Biz bu gün Azərbaycanda nəinki revanş istəyən hökumətə, həmçinin revanş istəyən xalqa sahibik”. - deyə Robert Köçəryan vurğulayıb.

Köçəryanın sözlərinə görə, Ermənistan hakimiyyəti münaqişə ilə bağlı heç bir şey etmədiyini başa düşməyə başlayıb.

“Saatlarla davam edən danışıqlarımız olub, sonra məlum olub ki, bu danışıqlar danışıqlar deyil. Danışıqlar istənilən müharibədən daha yaxşıdır, ancaq şantaja məruz qalmaq olmaz. Düşünmürəm ki, danışıqlar prosesini itkilər olmadan geri qaytarmaq mümkündür”, - deyə o qeyd edib.

O iddia edib ki, Azərbaycan sərhədin bu hissəsində öz mövqelərini yaxşılaşdırmağa çalışıb.

“Bugünkü hökumət etiraf etməlidir ki, indi müharibə üçün iki il əvvəl malik olduğumuzdan daha təhlükəli vəziyyətə sahibik”, - deyə Köçəryan qeyd edib.

Ermənistanın ikinci prezidenti bildirib ki, Azərbaycan həmişə Qarabağ məsələsini ərazi bütövlüyü sahəsinə gətirməyə çalışıb və bu, ermənilər üçün əlverişsizdir.

“Hakimiyyətin Qarabağ məsələsinin həllini hansı prinsipin üzərinə qoyduğu anlaşılan deyil. 88-ci ildən bəri biz Qarabağ məsələsinin həllini millətlərin öz müqəddəratını təyinetmə prinsipi əsasında nəzərdən keçirirdik. Qarabağ məsələsinin həll düsturu budur”, - deyə Köçəryan qeyd edib.

Köçəryan qeyd edib ki, “Qarabağ Ermənistandır, vəssalam” ifadəsinin nə demək olduğunu başa düşmür.

Sabiq erməni prezident bildirib ki, Ermənistanda təbii ehtiyat heç vaxt bu cür intensivliklə istismar edilməyib.

“Bizə tam əksini vəd ediblər ki, daha bilikli, daha yüksəyə qaldırılmış dəyərlər yaradan sahələr inkişaf etməlidir. Nəyə sahibik? Amansızcasına təbii ehtiyatın istismarına sahibik. Hakimiyyət vəziyyətin pisləşdiyini görür və hər hansı siyasi aktivliyə bəri başdan icazə verməməyə çalışır”, - deyə sabiq erməni prezident qeyd edib.

O qeyd edib ki,onun üçün ən qəbuledilməz olan xalqı maska taxmamaqda günahlandırmaq cəhdidir.

“2 ayda idarəetməmim 10 ilindən daha çox insan cərimələnib”, - deyə Köçəryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Köçəryan  

““Qarabağ Ermənistandır, vəssalam” ifadəsinin nə demək olduğunu başa düşmürəm” - Köçəryan (ƏTRAFLI)

2020/07/00-10-1595402663.jpg
Oxunub: 2978     12:05     30 İyul 2020    