Yaponiyanın F-15J qırıcı təyyarələri modernləşdiriləcək

2020/07/4ALB7-1596090756.jpg
Oxunub: 1085     15:01     30 İyul 2020    
Yaponiya Hava Hücumundan Müdafiə Qüvvələrinin arsenalında olan F-15J qırıcı təyyarələri modernləşdiriləcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ümumilikdə modernləşdirmə proqramına 4,5 milyard dollar vəsait ayrılacaq.

Modernləşdirmə çərçivəsində təyyarələrə yeni radarlar, rəqəmsal elektron xəbərdarlıq sistemləri quraşdırılacaq.

1980-2000-ci illər arasında 200-dən çox F-15J təyyarəsi istehsal edən “Mitsubishi Heavy Industries” şirkəti modernləşdirmə üçün əsas şirkət rolunu oynayacaq. ABŞ-ın “Boeing” şirkəti də qırıcıların modernləşdirilməsinə cəlb olunacaq. Bunun üçün şirkətlər arasında müqavilə imzalanıb.

Təyyarələrdə modernizasiya fəaliyyətlərinin 2022-ci ildə başlaması planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Yaponiya   Ordu   HHQ  

Yaponiyanın F-15J qırıcı təyyarələri modernləşdiriləcək

2020/07/4ALB7-1596090756.jpg
Oxunub: 1086     15:01     30 İyul 2020    