Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, tanklar Pakistan, Çin və Ukraynanın ortaq səyi nəticəsində təkmilləşdirilib.
Proqram çərçivəsində ümumilikdə Pakistan ordusuna 300-dən çox “Al Khalid” tankı verilib.
Modernləşmə ilə tankın əsas silah olan 125 mm yivsiz topun döyüş sursatı 39-dan 49-a, atəş sürəti isə dəqiqədə 9 atışa çatdırılıb. Tankın 12.7 və 7.62 mm-lik köməkçi silahlarının da döyüş sursatlarının sayı əhəmiyətli dərəcədə artırılıb.
Sevinc Əliyeva
Ordu.az