ABŞ Almaniyadan çıxaracağı hərbi qulluqçuların 6,4 minini ölkəyə qaytaracaq

2020/07/c26bf-1596085382.jpg
Oxunub: 727     09:11     30 İyul 2020    
ABŞ Almaniyadan çıxaracağı 11,9 min hərbi qulluqçudan 6,4 minini ölkəyə qaytaracaq.

Ordu.az xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Müdafiə naziri Mark Esper məlumat verib.

“ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının planına əsasən, təxminən 11,9 min amerikalı hərbi qulluqçudan Almaniyadan çıxarılacaq. Onlardan 6,4 mini vətəninə dönəcək”, - deyə Pentaqon rəhbəri bildirib. Onun sözlərinə görə, qalan hərbi qulluqçular İtaliya və Belçikada dislokasiya olunacaq.

Mark Esper əlavə edib ki, Prezident Donald Tramp ABŞ hərbi qulluqçuların Almaniyadan çıxarılması planını dəstəkləyib və müttəfiqlər bu barədə rəsmən məlumatlandırılıb.

“Biz ötən həftə Konqresin əsas üzvlərini bu barədə məlumatlandırdıq. NATO-nun Baş katibi Yens Stoltenberqlə danışdım və son bir neçə gün ərzində müttəfiqləri bilavasitə xəbərdar etdim”, - deyə Pentaqon rəhbəri qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Almaniya   ABŞ  

ABŞ Almaniyadan çıxaracağı hərbi qulluqçuların 6,4 minini ölkəyə qaytaracaq

2020/07/c26bf-1596085382.jpg
Oxunub: 728     09:11     30 İyul 2020    