Əcnəbi gənclərdən Azərbaycana dəstək

2020/07/1c-31-1596037514.jpg
Oxunub: 757     19:08     29 İyul 2020    
Gənclər və İdman, Xarici İşlər nazirlikləri tərəfindən xarici ölkələrin gəncləri arasında təşkil olunan “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda esse yazı müsabiqəsinin qalibləri Ermənistan hərbi birləşmələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində törətdikləri təxribata etiraz əlaməti olaraq “Qarabağ Azərbaycandır!” deyərək ölkəmizə dəstək nümayiş etdiriblər.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a bildirilib ki, 2011-ci ildən başlayaraq keçirilən müsabiqələrin əsas məqsədi Qarabağ həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, Azərbaycanın milli-mədəni və tarixi irsini xarici ölkələrin gəncləri arasında təbliğ etməkdir.

Əcnəbi ölkələrin gənc alim və tədqiqatçılarının Azərbaycanı yaxından öyrənərək elmi-tədqiqat fəaliyyətlərini müəyyənləşdirmək, xarici ölkələrin gəncləri arasında Azərbaycan haqqında məlumatı artırmaq da müsabiqənin əsas məqsədlərindəndir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan  

Əcnəbi gənclərdən Azərbaycana dəstək

2020/07/1c-31-1596037514.jpg
Oxunub: 758     19:08     29 İyul 2020    