"Beynəlxalq ictimaiyyət Ermənistana xəbərdarlıq etməlidir" - Akar

2019/09/bomba-1567832979.jpg
Oxunub: 2673     15:08     29 İyul 2020    
“Türkiyə Ermənistanın pozuculuq fəaliyyəti və hücumlarını qınamaqla yanaşı, bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində dinc yolla həllini dəstəkləyir”.

Ordu.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Türkiyənin milli müdafiə strategiyası və bölgədəki son hadisələr” başlıqlı onlayn tədbirində Ermənistanla Azərbaycan arasındakı son gərginlikdən bəhs edərkən bildirib.

“ABŞ və beynəlxalq ictimaiyyət Ermənistanı bu kimi hücumlardan çəkinməsi və problemin həlli üçün konstruktiv bir üsul tətbiq edərək Yerevana xəbərdarlıq etməlidir”, - deyə nazir bildirib.

H.Akar F-35 və S-400-lə bağlı yaranmış gərginliyə də toxunraraq ABŞ və NATO-nun Türkiyə, Türkiyənin isə ABŞ və NATO üçün əhəmiyyətindən danışıb. O bildirib ki, Türkiyə F-35 layihəsinin müəlliflərindəndir.

Nazir ABŞ-la F-35 və S-400-ə dair danışıqlar aparmağa hazır olduqlarını da vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   Azərbaycan  

"Beynəlxalq ictimaiyyət Ermənistana xəbərdarlıq etməlidir" - Akar

2019/09/bomba-1567832979.jpg
Oxunub: 2674     15:08     29 İyul 2020    