“Rusiya səlahiyyətliləri ilk baxışdan Ermənistan səlahiyyətlilərinin anti-rusluğuna passiv cavab verirlər” - Aşotyan

2020/04/1587980697.jpg
Oxunub: 1064     16:38     29 İyul 2020    
“Son Tavuş döyüşləri haqqında danışaraq Nikol Paşinyan yenidən Ermənistan silahlı qüvvələrinin əməliyyatlarını Ermənistanın son 2 ildəki “islahat”ları ilə əlaqələndirmək tamahını cilovlamadı”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan öz “Facebook” səhifəsində Paşinyanın Rusiyanın “РБК” televiziyasına verdiyi müsahibəsi ilə bağlı müşahidələrini təqdim edərkən bildirib.

Onun sözlərinə görə, Tavuş döyüşlərindən sonra Nikol bəlkə də Rusiyanın bölgədə real rolunu dərk edərək, erməni-rus münasibətlərini məhz iki xalqla əlaqələndirərək çoxdan məlum olan və həqiqətə uyğun gələn qətnamənin arxasında gizlənməyə çalışıb.

“Rusiya səlahiyyətliləri ilk baxışdan Ermənistan səlahiyyətlilərinin anti-rusluğuna passiv cavab verirlər ki, mümkün cavab tədbirləri ilə əsl erməni-rus gündəliyinə zərər vurmasınlar”, - deyə Armen Aşotyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Rusiya   Böhran  

“Rusiya səlahiyyətliləri ilk baxışdan Ermənistan səlahiyyətlilərinin anti-rusluğuna passiv cavab verirlər” - Aşotyan

2020/04/1587980697.jpg
Oxunub: 1065     16:38     29 İyul 2020    